bbc.co.uk navigation

Fotoqalereya: Avropa qar altında

Son yeniləmə: 2 fevral, 2012 - 14:49 GMT

Şəkillərdə: Avropa qar altında

  • Qara Dəniz
    Avropa boyunca kəskin soyuq hava və rekord səviyyədə qar qitəni bəyaz rəngə bürüyüb. Rumıniyada, Konstantada Qara Dəniz donub.
  • Avropa
    Bir çox yerlərdə ilin bu vaxtl üçün görülməz ilıq havalardan sonra, temperatur mənfi 30 dərəcəyə çatıb.
  • Avropa
    Avropanın bir çox hissələrinə - İtaliyaya və oradan cənubadək qar xalçası sərilib.
  • Rumıniya
    Rumıniyada bu kişi qarı təmizləmək üçün at qoşqusundan istifadə edir.
  • Afina
    Maliyyə və iqtisadi böhran yetməmiş kimi, Yunanıstan paytaxtı Afina həm də qarla mübarizə aparmalı olub.
  • Bolqarıstan
    Bolqarıstanlılar soyuğa daha öyrəncəlidir. Donmuş tramvay pəncərəsi arxasındakı bu adam mütaliə edir.
  • Varşava
    Ukrayna və Polşada çoxlu insan soyuqdan donaraq ölüb. Onların çoxu evsizlərdir. Hakimiyyət insanların daldalanması üçün çadırlar qurub. Onlardan biri də bu Varşavadakı mərkəzdir.
  • Buxarest
    Rumıniya paytaxtı Buxarestdə bir çoxları evləri qızdırmaq üçün odun axtarışına çıxıb.
  • Bosniya və Herseqovina
    Bosniya və Herseqovinada uzaq kəndə qida təchizatı göndərilib. Paytaxt Sarayevodan şərqdə yerləşən bu kəndin yollarını qar uçqunları keçilməz edib.
  • Ukrayna
    Bu ukraynalı Dnepr çayında buzu deşərək balıq tutan çoxlarından biridir.
  • Almaniya
    Almaniyada isə bu oğlan buzda sürüşməkdən həzz alır.
  • Venesiya
    Venesiyada turistlər öz zövqündən qalmır. Kanalın buzlu sularında onları qayıq gəzintisinə çıxan qondolyerlər var.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.