Ərəb Liqası Suriyada müşahidə missiyasını dayandırıb

Son yeniləmə: 28 yanvar, 2012 - 16:52 GMT
Nabil Ərəbi

Zorakılıq dalğası ilə bağlı Ərəb Liqası Suriyadakı müşahidə missiyasının işini dayandırıb.

Təşkilatın bəyanatında bir müddət ölkədə qalacaq missiyanın işinin müvəqqəti dayandırıldığı qeyd olunur.

Müşahidə missiyası dekabr ayında tərtib olunub.

Onun əsas məqsədi zorakılığın önlənməsi üzrə planın tətbqinə nəzarət etməkdir.

Artıq bir neçə ölkə zorakılığın artması ilı bağlı müşahidəçilərini geri çağırıb.

“Liqa Şurasında zorakılıq probleminin müzakirəsinədək missiyanın işinin təcili dayandırılması ilə bağlı qərar qəbul edilib”, - deyib təşkilatın baş katibi Nabil Ərəbi.

Suriya müxalifəti missiyanı qətiyyətsizlikdə qınayıb.

BBC-nin Yaxın Şərq üzrə müxbiri deyir ki, müxalifət Bəşər Əsədi missiyanı vaxtı uzatmaq üçün istifadə etdiyinə görə tənqid edir.

Buna görə də müşahidə missiyasının qərarı gözlənilməz olmayıb.

Çox güman ki, indi diplomatlarla siyasətçilərin diqqətləri BMT-nin yeni qətnaməsinə yönələcək.

Ərəb Liqası qətnamə ilə bağlı Rusiya ilə danışıqların aparıldğını deyib.

Bundan əvvəl Moskva yeni qətnamənin əleyhinə olduğunu bəyan edib.

Bu həftə Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib ki, Suriyaya qarşı “birtərəfli” sanksiyalara yol verməyəcək.

Oktyabrın 5-də Rusiya ilə Çin BMT Təhlükəsilzik Şurasında Suriyaya dair qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsinə qarşı veto hüququndan istifadə edib.

Mövzuya aid

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.