Bin Ladenin yeri barədə məlumat "həkimdən gəlib"

Son yeniləmə: 28 yanvar, 2012 - 10:21 GMT
Panetta

Amerikanın müdafiə naziri Leon Panetta deyib ki, ötən il qətlə yetirilən Üsamə Bin Ladenin yeri barədə mühüm məlumatı həkim verib.

Şəkil Əfridi əl-Qayda başçısının Abutabad şəhərində olduğunu Mərkəzi Kəşfiyyat idarəsinə ötürüb.

Amerikanın CBS kanalına müsahibəsində Leon Panetta Pakistanda xəyanət üçün həbs olunan həkimin vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Pentaqonun başçısı deyib ki, Pakistanla Amerika terrorçuluğa qarşı birgə mübarizə aparmalıdır.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.