Britaniya: korrupsiya işi ilə bağlı həbslər

Son yeniləmə: 28 yanvar, 2012 - 12:41 GMT
Polis

Polisə jurnalist ödənişlərinin araşdırılması ilə bağlı 5 nəfər, o cümlədən bir polis əməkdaşı həbs olunub.

News of the World qəzetinin qalmaqallı korrupsiya iddiası ilə bağlı 1 polis və Sun qəzetinin 4 sabiq və hazırda işləyən əməkdaşının həbsi London və Esseksdə aparılıb.

İstintaq daha əvvəl 29 yaşlı polis əməkdaşının iş yerində həbs olunduğunu bildirib.

Atıq bağlanılmış News of the World qəzetinin sahibi Klikləyin News International şirkətinin ofislərində axtarışlar aparılır.

Axtarışların şənbə günü ərzində davam etdiriləcəyi xəbər verilib.

News of the World , Klikləyin o cümlədən məşhur adamların, telefonlarının gizli dinlənilməsi ilə bağlı qalmaqaldan sonra fəaliyyətini dayandırıb.

Hazırda istintaq işlə bağlı 13 nəfərin həbsə alındığını bildirir.

Mövzuya aid

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.