Qazaxıstan: müxalifətçilər icazəsiz mitinqə görə 15 sutka alıblar

Son yeniləmə: 28 yanvar, 2012 - 14:49 GMT
Etiraz

Alma-Ata şəhərinin məhkəməsi icazəsiz nümayişin təşkilinə görə Bulat Abilov və Amirjanov Kosanova inzibati həbs cəzası kəsib.

Şənbə günü Qazaxıstanın sabiq paytaxtında tərəfdarlarını nümayişə çıxaran müxalifət parlament seçkilərinin nəticələrinin ləğvinə çağırıb.

Bununla yanaşı mitinq iştirakçıları Janaozen şəhərindəki neftçilərin tətili vaxtı silah istifadəsi nəticəsində rəsmi rəqəmlərə görə 16 adamın ölümünə səbəb olan hadisələrin açıq araşdırlmasını tələb edib.

Müxbirlər mitinqdə 500-dək adamın iştirak etdiyini bildirirlər.

Müxalifət liderləri ölkənin Gömrük Birliyi və Avrasiya İttifaqına üzvlük məsələsinin ümumxalq referenduma çıxarılmasına səsləyiblər.

Onlar Lukaşenko və Putin “diktatorları ilə” bir ittifaqda olmaq istəmədiklərini deyiblər:

“Biz SSRİ-ə qayıtmaq istəmirik”.

Nümayişçilərin təbirincə müxalifəti təqib edən, seçkiləri saxtalaşdıran və siyasi motivli məhkəmə keçirən Qazaxıstan rəsmilərinin qərb ölkələrinə girişini yasaqlamağa çağırıblar.

Ətrfadakı polis nümayişə müdaxilə etməyib.Lakin mitinqin başa çatmasından sonra müxalifət liderləri polis şöbəsinə aparılıb.

Bu ilin əvvəlindən Alma-Atada keçən ikinci mitinqdir.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.