Twitter mesajları ölkədən asılı olaraq bloklaya bilər

Son yeniləmə: 27 yanvar, 2012 - 10:09 GMT

Mikrobloqlar saytı Twitter bəyan edib ki, istifadəçilərin məlumatlarını bu və ya digər ölkədə bloklamaq imkanı yaranıb.

Twitterin rəsmi bloqunda yazılıb ki, sayt artıq hadisələrə operativ reaksiya vermək və konkret bir ölkədə istifadəçilərin məlumatlarını gizlətmək imkanına malikdir.

Ancaq belə məlumatlar Twitterin başqa ölkələrdəki istifadəçiləri üçün açıq olacaq. Buna qədər isə saytın inzibatçıları hər hansı məlumatı Twitterdən pozurdularsa, o, bütün dünyada istifadəçilər üçün görünməz olurdu.

Twitterin bu qərarı onun xidmətinin və auditoriyasının genişləndiyi bir vaxtda açıqlanır.

Twitterin rəsmi bloqundan məlum olur ki, bu genişlənmə "ifadə azadlığının konturları barədə fərqli fikirləri olan ölkələrə" də daxil olmaq deməkdir. Bloqda nasist xarakterli materialların qadağan olunduğu Fransa və Almaniya misal göstərilir.

"Bu gündən başlayaraq, bizim spesifik ölkədə tvitləri gizlətmək imkanımız var - eyni zamanda həmin tvitlər dünyanın digər hissələri üçün açıq olacaq" - şirkət Klikləyin Tweets Must Flow bloqunda yazıb.

BBC-nin texnologiya məsələləri üzrə müxbiri Rory Cellan-Jones deyir ki, Twitter digər sosial şəbəkə saytları, məsələn Facebookla bilrikdə 2011-ci ildə Ərəb Baharından başlayaraq London üsyanlarınadək nümayişlərin təşkilatlanmasında mühüm rol oynayıb.

Ancaq 2011-ci ilin sentyabrında 100 milyon fəal istifadəçisi olan Twitter deyib ki, bu proseslər zamanı yerli qanunlarla söz azadlığını balanslaşdırmaq məcburiyyətində qalıb.

Bloqun bəyanatında deyilir ki, bütün ölkələrdə işləmək imkanı məhduddur, çünki "bir çoxlarının fikirləri bizimkindən o qədər fərqlidir ki, biz orada işləyə bilməyəcəyik".

Çində Twitter bloklanıb və əvəzində Weibo kimi alternativ saytlar məhşurlaşıb.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.