ABŞ ordusu 100 min adamı ixtisar edəcək

Son yeniləmə: 27 yanvar, 2012 - 12:47 GMT
Leon Panetta

Amerikanın müdafiə naziri Leon Panetta deyib ki, Pentaqonun diqqəti Avropadan daha çox Asiya və Sakit okean regionuna yönəldiləcək.

Yeni plana görə Pentaqonun 10 illik büdcəsi 487 milyard dollara azalacaq.

İxtisarlar daha yığcam və çevik qüvvələrin yaradılmasını nəzərdə tutur.

Buna görə xüsusi birləşmələrin sayı ənənəvi birliklərin hesabına artırılmalıdır, deyir ABŞ hərbi idarəsi.

Ötən il elitar xüsusi qüvvələr Üsamə bin-Ladenin qətlində və keçən həftə Somalidə girovluqda saxlanılan iki şəxsin azad olunmasında istifadə olunub.

Müdafiə naziri deyib ki, qəbul olunmuş ixtisar planı ümumilikdə büdcəyə yükün azaldılmasına xidmət edir.

Qənaət planları çərçivəsində bu yaxınlarda Amerikada iki raketdaşıyan gəmilərin tikilməsi iki illik təxirə salınıb.

Ehtimal edilir ki, Barak Obama xaricdəki Amerika bazalarının birləşdirilməsi və onlardan bəzilərinin bağlanılması barədə proqramın davam etdirilməsini təsdiqləyəcək.

Amerika prezidentliyinə Respublika partiyasından namizədlər hərbi ixtisarları tənqid edib.

“Biz bəşəriyyətin ümidi qalmaq istəyiriksə, hərbi büdcənin ixtisarını davam etdirməyə özümüzə icazə verə bilmərik”, - deyib Masaçusets ştatının sabiq qubernatoru Mitt Romney.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.