
Milli anti-terorr komitəsi İnquşetiyanın Ekajevo kəndində öldürülən üç silahlının arasında Adəm ləqəbli Cəmaleyl Mütəliyevin olduğunu bildirib.
Rusiya hüquq-mühafizəçiləri Mütəliyevin evinin axtarışı vaxtı tapılan 15 kiloqram trotil ekvivalentində partlayıcı maddəni hadisə yerində ləğv ediblər.
Evə bitişik olan sahədə intiharçı kəmərinin aşkarlandığını bildirilir.
İnquşetiya başçısı Yunusbek Yevkurov İnterfax agentliyinə müsahibəsində deyib ki, evdən aşkar olunan silahla partlayıcı Mütaliyevin terror aktı hazırladığına dəlalət edir.
Yunusbek Yevkurovun sözlərinə görə qətlə yetirilən şəxs Qafqaz Əmirliyi lideri Doku Umarovun göstərişi ilə maliyyəçi rolunu yerinə yetirirmiş.
Kavkaz-Uzel saytının başçısı Qriqori Şvedov Mütaliyevin nə dərəcədə nüfuzlu olmasını dəyərləndirməyin olduğunu deyib.
Onun sözlərinə görə ölüm xəbəri silahlıar tərəfindən hələ ki, təsdiq olunmayıb.
Mən son zamanlar inquş yeraltı hərəkatının liderlərinin öldürülməsi barədə bəyanatlar xatırlayıram. Onlar təşkilatçı və ideoloq adlandırılar, - deyib BBC Rus Xidmətində müsahibəsində Qriqori Şvedov.
Rusiya hüquq-mühafizəçilərinə istinadən Mütaliyev Qafqaz Əmirliyinin hərbi əmiri vəzifəsində 2010-cu ildə öldürülən Əli Taziyevi əvəzləyib.




























