ABBA-nın heç eşidilməmiş mahnısı bazara gəlir

Son yeniləmə: 27 yanvar, 2012 - 17:38 GMT
ABBA

Pop musiqisi dünyasının ulduz qruplarından ABBA, son albomu The Visitors -un yenidən satışa çıxarılacaq özəl buraxılışında daha öncə heç eşidilməmiş köhnə bir mahnısına da yer verəcək.

1994-cü ildən bu yana ilk dəfə arxivlərinə qayıdan İsveç qrupu From A Twinkling Star To A Passing Angel adlı mahnını alboma əlavə etməyə qərar verib.

ABBA-nın şöhrətinin dünyaya səs saldığı illərdə lentə yazılmış mahnının məhşurlaşacağı bildirilir.

The Visitors ilk dəfə 1981-ci ildə qrupun dağılmasından bir il öncə bazara çıxmışdı. Onun son buraxılışı aprel ayında satışa çıxarılacaq.

ABBA-nın açıqlamasında "1994-cü ildəki Thank You For the Music kolleksiyasından bu yana ABBA ilk dəfə köhnə səsyazmalarını gözdən keçirib və qrupun zirvədə olduğu illərdən qalma, daha öncə heç duyulmamış bu mahnını alboma əlavə edib".

1974-cü ildə Waterloo adlı mahnısı ilə Avroviziya yarışmasını qazanan ABBA pop musiqi dünyasından çəkilməsinə baxmayaraq illər sonra Mamma Mia! adlı müzikl və eyni adlı film ilə yenidən məhşurlaşıb.

Dünya üzrə 200 milyondan artıq musiqi valı və CD satan qrup, hələ də ildə 2 milyondan çox satış həyata keçirməkdə davam edir.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.