İran prezidenti danışıqlar təklif edir

Son yeniləmə: 26 yanvar, 2012 - 16:57 GMT
Mahmud Əhmədinejad

Mahmud Əhmədinejad danışqlara hazır olduğunu deyərək nüvə proqramından imtina tələblərinə boyun əyməyəcəyini deyib.

İran lideri ölkəsinə təzyiq göstərənlərin danışıqlar əleyhinə olduğunu deyib.

“İranda maraqlı olan qərbdir və İran xalqı bu sanksiyalardan heç nə itirməyəcək”, - deyib İran prezidenti.

Bazar ertəsi Avropa İttifaqı İrandan neft ixracını iyul ayınadək dayandıracağını bildirib.

ABŞ İranı nüvə proqramından imtina etdirmək naminə Tehrana qarşı sanksiyalrın tətbiqinə qoşulmağa çağırıb.

Tehran nüvə proqramının yalnız sülh təyinatlı olduğunu bildirir.

İranla 6 tərəfli danışıqlar ötən ilin əvvəlində dalana girib.

Mahmud Əhmədinejad danışıqların bərpasını təkilf edən ən yüksək rütbəli İran nümayəndəsidir.

BBC müxbirinin sözlərinə görə Cenevrə və Türkiyədə keçən görüşlərdə İran rəsmiləri qərblə nüvə proqramından başqa bütün mövzuların müzakirəsinə hazır olduğunu deyiblər.

Avropa İttifaqı neft ixracı ilə yanaşı İranın neft sektorunun avadanlıqla təchizatına yasaq təbiq edib.

İttifaqın xarici işlər üzrə baş rəsmisi Catherine Ashton deyib ki, sanksiyalar İranı masa arxasına qaytarmaq məqsədini daşıyır.

Hazırda Avropaya İran neftinin 20 faizini ixdal olunur.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.