Tbilisidə “Boş qazanlar” aksiyası keçib

Son yeniləmə: 26 yanvar, 2012 - 15:46 GMT
Gürcüstan parlamenti

Gürcüstan parlamentinin önündə “Boş qazanlar” aksiyası keçirənlər yeni iş yerlərinin açılmasını tələb ediblər.

Azsaylı aksiyanın iştirakçıları qazanlara qaşıqlarla vuraraq hökumətin problemə diqqət vermədiyini deyiblər.

“Biz işsizliyin qanunvericilik səviyyəsində tanınması və buradan problemin çözülməsini istəyirik. Parlament bizi eşinədək mübarizəmiz davam etdiriləcək”, - deyib aksiya təşkilatçılarından biri - Azad Gürcüstan partiyasının lideri Aleksandr Şalamberidze.

Ötən ilin sonunda keçirilmiş sorğuya görə, iş yerlərinin yaradılması ölkənin əsas problemi kimi tanınıb.

İşsizlik səviyyəsi bəzi rəqəmlərə görə 15 faizə yaxındır.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.