Braziliya paytaxtında 2 çoxmərtəbəli bina uçub

Son yeniləmə: 26 yanvar, 2012 - 16:24 GMT
Braziliya paytaxtında 2 çoxmərtəbəli bina uçub

Binalardan biri 20-mərtəbəli, o birisi 10-mərtəbəli olub.

Bina uçqunu nəticəsində ətraf küçələrə dağıntı və daşlar səpələnib.

Rəsmilərin sözlərinə görə 11 nəfərədək adam bina qalıqları altında qalıb, 5 nəfər xilas edilib.

Xəbərlərə görə, dağıntılar altından 3 meyit tapılıb, 19 nəfər itkin düşmüş sayılır.

Şəhər meri Eduardo Paes xilasetmə işlərinin davam etdirildiyini bildirib.

BBC müxbirlərinin sözlərinə görə, dağıntılar altında qalan insanlardan biri mobil telefonla dostuna zəng etdikdən sonra onu xilas etmək mümkün olub.

Hazırda binalara bitişik ətraf ərazi dağıntı, beton parça və konstruksiya qalıqları altındadır.

Onlarla xilasedici heyətin əməkdaşı hadisə yerində xilasetmə səylərini davam etdirilər.

Hadisə baş vermiş ərazi polis kordonları vasitəsilə mühasirəyə alıb.

Əraziyə gedən elektrik xətlərində elektrikin verilməsi kəsilib.

Qəza şahidlərinin sözlərinə görə hadisə zəlzələyə bənzər bir şəkildə başlayıb.

"Binanın yuxarı mərtəbələrindən daşlar yerə düşməyə başlayıb. Daşlar düşməyə başlayan kimi, insanlar vahimə içində hər tərəfə qaçmağa başlayıblar".

Braziliya paytaxtı Rio-de-Janeyroda 2014-cü ildə dünya futbol üzrə Dünya cempionatının keçirilməsi gözlənilir, 2 ildən sonra isə orada Olimpiya oyunlarının da keçiriləcəyi güman edilir.

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.