Obama ABŞ-da iqtisadi ədalətin bərpasına çağırıb

Son yeniləmə: 25 yanvar, 2012 - 13:26 GMT
Barak Obama

ABŞ prezidenti Barak Obama Konqres qarşısında çıxış edib.

Öz çıxışında o, fərdi gəlirlər sahəsində vətəndaşlar arasında qeyri-bərabərliyi tənqid edib.

Barak Obama hər bir fərdin xeyri üçün işləyən iqtisadiyyatın vacibliyini qeyd edib.

ABŞ prezidenti öz nitqində varlı təbəqə üçün vergilərin artırılmasına çağırış səsləndirib. Bu xəttə qarşı Respublikaçılar qəti etiraz bildirilər.

Barak Obamanın nitqində ABŞ iqtisadiyyatının getdikcə düzəldiyi bildirilsədə, eyni zamanda işsizliyin 8,5% səviyyəsində olduğu da qeyd olunub.

Prezidentin Konqress qarşısında illik çıxışı ABŞ-da xüsusi əhəmiyyət daşıyır, və növbəti il üçün Ağ Evin siyasət, iqtisadiyyat və digər sahələrdə prioritetlərini müəyyən etmiş olur.

Prezidentin çıxışın əsas məğzi "Amerika dəyərlərinə" qayıdış çığrışından ibarət olub.

Təhlilçilər prezident Obamanın Konqress qarşısında çıxışını noyabr ayında keçiriləcək prezident seçkilərinə hesablanmış seçkiqabağı kampaniyayanın başlanğıcı kimi də qiymətləndirirlər.

Obama deyir ki, Amerika qarşısında 2 yol qalır: "Ya biz elə bir ölkə olacağıq kı, getdikcə yaxşı yaşıyanların sayı azalacaq, yoxsulların isə sayı artacaq, yada kı, Amerikada hamı bacardığı qədər çalışacaq və ədalətli bir pay sahibi olacaq, və hamı eyni qydalar əsasında hərəkət edəcək.

Onun təbirincə, söhbət "Demokratların, yaxud Respublikaçıların dəyərlərindən getmir, söhbət Amerika dəyərlərinin bərpasından gedir".

Prezident Obamanın qənaətincə, ABŞ iqtisadiyyatı 2007-2009 illərin tənəzzülündən sonra özünə gəlməyə başlayıb.

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.