
Fransa prezidentinin administrasiyası , Türkiyənin cavab addımlar atacağı ilə bağlı xəbərdarlığına baxmayaraq soyqırım qanunun təsdiqləniləcəyini bildirib.
Respublika prezidenti 1915-ci il erməni soyqırımını dananların cəzalandırılmasını nəzərdə tutan qanunu normal müddət ərzində imzalayacaq, - deyib Nicolas Sarkozy-nin müşaviri.
Bazar ertəsi Fransa parlamentinin yuxarı palatası soyqırımın inkarına görə həbs cəzası ilə maliyyə cəriməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Sənəd qanun şəklini almaq üçün prezident tərəfindən imzalanmalıdır.
Türkiyədə soyqırım sənədinin əleyhinə keçən aksiyalarda qanun layihəsi müstəmləkəçi yalanı adlandırılıb.
Ankara sənədin imzalanması təqdirində Fransaya qarşı sanksiyalar tətbiqi ilə hədələyir.
Fransanın xarici işlər naziri Alain Juppe türk dostlarına müraciət edərək təmkinliyə çağırıb.
Yerevan 1915-ci ildə 1.5 erməninin qətlə yetirildiyini bildirir.
Ölənlərin sayının şişidildiyini deyən Ankara müharibə vaxtı ölənlərin hər iki tərəfdən olduğunu vurğulayır.
























