
Türklər qanunun qəbuluna etiraz olaraq bir çox ölkələrdə nümayiş keçiriblər.
Ankara Prezident Nikola Sarkozi "erməni soyqırımı" haqda parlament səsverməsindən keçmiş qanunu imzalarsa, Fransaya daimi sanksiyalar tətbiq edəcəyini deyib.
Fransa Senatında səsvermədən keçən qanun Osmanlı türklərinin bir milyondan artıq ermənini öldürməsini "soyqırım" kimi tanımayanların cəzalandırılmasını nəzərdə tutur.
Türkiyə qanunun Senatda qəbuluna qəzəblə reaksiya verib. Türkiyə xarici işlər nazirliyi bu qərarı "məsuliyyətsiz" adlandırıb və sanksiyalarla hədələyib.
Ermənistan deyir ki, Osmanlı imperiyası zamanında - 1915-16-cı illərdə 1.5 milyon insan ölüb.
Türkiyə isə bu rəqəmlərin az olduğunu bildirir və "soyqırım" terminini qəbul etmir.
Fransa çoxdan hadisələri "soyqırım" kimi tanıyıb, ancaq yeni qanun qırğınları soyqırım kimi tanımayanın həbsdə bir il yatmasını və 45 min avro cərimə ödəməsini nəzərdə tutur.
Fransa Türkiyəni qanunun parlamentdə qəbuluna aşırı reaksiya verməməyə çağırıb. Canal+ televiziyası ilə etdiyi çıxışında xarici işlər naziri, qanunun qəbulunun əleyhinə olan Alan Juppe deyib ki, yeni qanun düzgün vaxta təsadüf etməyib. Ancaq o, Ankaranı sakitliyə səsləyib.
"Bizim yaxşı münasibətlərə ehtiyacımız var və bu gərgin mərhələni keçməliyik" - cənab Juppe deyib. "Bizim çox mühüm iqtisadi və ticarət əlaqələrimiz var. Ümid edirəm ki, emosiyalar vəziyyətin reallığını üstələməyəcək" - nazir əlavə edib.
Erdogan

Erdogan
Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.
.




























