bbc.co.uk navigation

ABŞ: Respublikaçı namizədlər arasında rəqabət şiddətlənir

Son yeniləmə: 22 yanvar, 2012 - 15:24 GMT
Newt Gingrich

ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Newt Gingrich Respublikaçılar partiyasından prezidentliyə namizədlik irəli sürülməsi prosesi çərçivəsində bağlı Cənubi Karolina ştatında keçirilən ilkin seçim mərhələsində (praymerizdə) böyük üstünlüklə qələbə qazanıb.

ABŞ-da prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək.

Newt Gingrich 40%-ə yaxın səs toplayıb. Onun əsas rəqibi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney isə 28 % səs toplayıb.

Gingirich tərəfdarları qarşısında çıxış edərkən seçkilərdə qalib gələcəyinə inandığını vurğulayıb.

Növbəti praymeriz yanvarın sonunda Florida ştatında olacaq.

Respublikaçılar partiyasından prezidentliyə namizəd bu ilin avqustunda bəlli olmalıdır, prezident seçkisi isə noyabrın 6-da keçiriləcək.

Cənubi Karolina praymerizinə qədər Mitt Romney Respublikaçıların lideri olacağı təəssüratı bağışlayırdı. Lakin son praymeriz təhlilçilərə görə vəziyyəti cidi sürətdə dəyişə bilər.

Cənubi Karolina praymerizi respublikaçılar partiyası üçün həmişə rəmzi məna kəsb edib - beləki bu ştatda qələbə çalan namizəd bir qayda olaraq Respublikaçılar partiyasından prezident seçkilərində namizəd olub.

68-yaşlı Gingirich, tarix professorudur, Respublikaçılar partiyasının əsas ideoloqlarından biridir. O iqtisadiyyat və siyasətdə daha mühafizəkar xəttin tərəfdarıdır.

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.