
Ərəb Dövlətləri Liqası (ƏDL) Suriyada təşkilat müşahidəçilərinin mandatını 1 ay müddətinə uzadıb.
ƏDL nümayəndələrinin görüşü qahirədə keçirilir.
ƏDL monitorinq missiyası sayının artırılacağını bildirib.
Bundan əvvəl Human Rights Watchtəşkilatı illik hesabatında ƏDL müşahidəçiləri missiyasının qeyri-səmərəli olduğunu qeyd etmişdi.
ƏDL monitorları Suriyaya göndərilməsinin ıəsas məqsədi ölkədə zorakılığa son qoyulmasıdır.
Lakin Suriyada zorakılıqların davam etdirildiyi qeyd olunur.
Şənbə günü axşam Suriya üsyançıları paytaxt Dəməqdən 14 km məsafədə, şimal-qərbdə yerləşən Duma məntəqəsini ələ keçirmişdilər. Xəbərlərə görə. üsyançılar bir neçə saat ərzində bu məntəqəni nəzarət altında saxlayırdılar.
120 min əhalisi olan şəhəri üsyançılar bir neçə saatdan sonra tərk etdilər.
Bundan əvvəl isə İdlib vilayətində partlayıcı maddənin işə salınması nəticəsində polis maşınında daşınan ən azı 15 adam öldürülmüşdü.
























