300 qadınla yatan seks düşkünü belə həyata son qoymaq istəyir

Son yeniləmə: 11 yanvar, 2012 - 13:36 GMT
Jeff Leach

Bu həftə ərzində qərb tamaşaçıları seks düşgünlüyü barədə rejissor Steve McQueen-in Utanc filmini seyr edə biləcəklər.

Emosional əlaqələr qura bilməyən bu filmin baş qəhrəmanı kəskin seksual aclığını təmin etməklə məşğuldur.

Bəs görəsən sex düşgünlüyünə düçar olmaq nə deməkdir.

27 yaşınadək 300 qadınla intim əlaqədə olan yumorist Jeff Leach özünün seks düşkünlüyü problemini çözmək niyyətindədir.

Uğurlu baz olduğunu deyən Jeff bəzi həftə ərzində 10 qadınla yatağa girdiyini etiraf edərək indi qarşısına düzəlmək vəzifəsini qoyub.

30 yaşına çatdığını deyən yumorist dostlarının ailə qurduğunu deyərək özünün də əvvəlki kimi davam edə bilməyəcəyini deyir.

Onun sözlərinə görə orta hesabla Britaniyada kişilər 13, qadınlar isə 7 patnyora malik olur.

Jeff özünün bu nisbətlə müqayisə olunmayacağını bildirir.

Seks düşgünlüyünü başa düşən yumorist tənha ölməməyi və ata olmaq istədiyindən bəhs edib.

O, öz problemi ilə sabiq sevgililəri ilə bölüşəndən sonra onlardan çox sayda telefon zəngləri, Facebook və Twitter mesajlarının aldığını deyir.

Jeffin sözlərinə görə sabiq sevgilisi Nikola onun normal əlaqə qura bilməməsini yalnız özü haqda düşünməsi ilə əlaqələndirib.

"Mən sənin yaxşı sevgili olacağına inanmıram. Səninlə münasibətlərdə olmaq istəməzdim”, - deyir Jeffin ən uzunmüddətli münasibətlərdə olduğu rafiqəsi Claire.

Onun sözlərinə görə Jeffin vəfasızlığı onu məhv edə bilərdi.

Jeff deyir ki, aldığı messajlardan belə bir qənaətə gəlib ki, onunla əlaqə yaratmaq istəyən qadınlar münasibətlərin acısından qorunmaq üçün onu başından edirdilər.

Keçmişi təhlil edən Jeff 7 yaşında olarkən valideynlərinin yalnız mübahisələrinin yadda qaldığını deyir.

O, bəzi uzunmüddətli münasibətlərin necə məyusedici ola biləcəyinin beynində həkk olunduğunu və özünün bunu yaşamaq istəmədiyini bildirir.

Jeffin psixoanalitiki düşkünlüyün hisslərilə dediklərini eşitdirmək şansına malik olmayan kiçik oğlan olduğu vaxtdan yarandığını deyir.

Sən problemi çözənədək narahatlıqlarından seks alkoqol, uyuşdurucu vasitəsi ilə qaçmağa çalışacaqsan, deyib həkim.

Mən belə bir nəticəyə gəlmişəm ki özümdən razı və özümü sevməyi öyrənənədək bu mümkün olmayacaq, - deyir Jeff. - Bu isə göründüyündən daha çətindir.

Mövzular

bbc.co.uk navigation

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.