-
"Mən hələ ki, əfsanə deyiləm. Hələ ki, bu yoldayam. Amma öncə Londona getməliyəm". Useyn Bolt, Camaykalı sprinter, 2012 London Olimpiadasında qələbəyə ümidli
Useyn Bolt London 2012 Olimpiya oyunlarına hazırlaşan atletlərdən biridir. BBC onlardan bəzilərini izləyib.
Useyn Bolt 2011-ci ili yalnız qələbələrlə xatırlamır. Dünya Çempionatının 100 metrlik məsafəyə qaçış finalında yanlış başlama onun üçün ötən ilin əsas uğursuzluğudur.
Ancaq camaykalı atlet öz 200 metrlik məsafəyə qaçış titulunu qoruyub saxlayıb və yeni dünya rekordu vurub.
O, mövsümü Brüsseldə 9.76 saniyə ərzində 100 metr məsafəyə çatmaq qələbəsilə başa vurub.
-
"Mənim məşqçim var, amma mənim səviyyəmdə Qəzzada heç kəs yoxdur. Məşqlərimin çoxunu özüm etməli oluram". Nader əl Nəsri, uzun məsafəyə qaçışçı, Qəzza, 2012 London Olimpiadasında qələbəyə ümidli
Əl Nəsri ilk dəfə Qəzzada keçirilən marafonda qalib gələrək özünü təsdiq edib.
Fələstinli əl Nəsri 5000 metr məsafəyə 14 dəqiqə 21 saniyə ərzində çatıb.
-
"Real və xüsusi bir gün idi. İkiqat Dünya Çempionu oldum! Bunu deyə biləcək çox adam yoxdur". Alistair Brownlee, Britaniyanın ikiqat triatlon çempionu və 2102-ci il London Olimpiadasında qələbəyə ümidli.
Alistair Brownlee sentyabr ayında dünya çempionu olub və 2009-cu ildə qazandığı dünya titulunu qoruya bilib.
O, İspaniyada keçirilən Avropa Çempionatında qələbə çalıb və Londondakı Hyde Parkda keçirilən triatlon yarışlarını udaraq London 2012-ə vəsiqə qazanıb.
-
"Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Çünki belə lazımdır." Haider Rəşid İraqdan olan avarçıdır və 2012-ci il London Olimpiadasında qələbəyə ümidlidir.
Haider Rəşid Sloveniyada keçirilən Dünya Avarçəkmə Çempionatında əsas məqsədinin London Olimpiya oyunlarına vəsiqə qazanmaq olduğunu demişdi.
Onun Olimpiadada iştirak edib-etməyəcəyi aprel ayında keçiriləcək Asiya yarışlarında məlum olacaq.
-
"Babam deyir ki, çoxlarının həyatı boyunca əldə edə bilmədiklərinə mən artıq nail olmuşam". Olqa Karlan, Ukraynanın Olimpiya qılıncoynadanı.
Olqa Avropanı fəth etdi, amma dünya çempionu ola bilmədi.
Qılınc mütəxəssisi Şeffildə Avropa Çempionu oldu, amma İtaliyada keçirilən Dünya Çempionatında bürünc qazandı.
Şəxsi həyatda da irəliləyişlər edib - özünə mənzil alıb və ata-anasının birotaqlı mənzilindən köçəcək.
-
Jülyen Absalon, Fransa dağ velosipedçisi və 2012-ci Olmpiya oyunlarında qələbəyə ümidli.
Fransız Absalon ölkədən-ölkəyə dağ velosipedinə dominantlıq edir.
Amma 20122-ci ildə Julien Avropa Çempionatında yalnız gümüş medal, Dünya Çempionatında isə bürünc qazandı.
Buna baxmayaraq o, 9-cu dəfə Fransa çempionu olub və London 2012 Olimpiadası üçün sınaq oyunlarında qalib gəlib.
-
"Mən bir çox güclü ölkələrdən gələn təklifləri rədd etmişəm ki, Kosovonu oyunlarda təmsil edim. İstəmirəm mənə desinlər ki, bu, mümkün deyil". Majlinda Kelmendi, Kosovodan cüdoçu və London Olimpiya oyunlarında qələbəyə ümidli
Majinda oktyabr ayında üç həftədə üç qıızıl medal qazanaraq London 2012 Olimpiya oyunlarına vəsiqə əldə etdi.
Uğuru onu cüdo üzrə dünya renkinqində 52 kg çəki dərəcəsində üçüncü yerə çıxardı.
Majinda Kosovonu Olimpiadada təmsil edəcək ilk atlet olmağa ümid edir.
Beynəlxalq Olimpiya Komitəsinin rəsmən tanımadığı Kosovonu təmsil etmək çox güman ki, çətin vəzifə olacaq.
-
"İçərisində olduğun situasiyaya görə, özünü məhdudlaşdırma. Çünki gettodan olmağın gettoda olduğun kimi davranmağa əsas vermir".
Jehue Gordon, Trinidaddan olan baryerist və 2012-ci il London Olimpiadasında qələbəyə ümidli.
May ayında Brilyant Liqası yarışlarında Jehue 49.09 saniyə qaçıb. Bu isə onun London Olimpiya oyunlarında yer qazanmasına kifayət edib.
-
"Burada olmağımdan çox xoşbəxtəm, ölkədən qaçan hər kəs üçün. Çox xoşbəxtəm ki, valideynlərim bu günü görə bilir.Onların qurban verdiyi hər şey buna dəyərdi." Luol Deng, Böyük Britaniyadan basketbolçu və Olimpiadada qələbəyə ümidli.
Luol Deng London 2012 oyunlarına vəsiqə qazanıb.
Britaniya Basketbol Jurnalistləri Assosiasiyası tərəfindən beynəlxalq oyunçu adlandırıldıqdan sonra o, sentyabrda EuroBasket turnirində Britaniyanın ulduz oyunçusu olub.
O, vətəndaş müharibəsi ucbatından Cənubi Sudandan qaçmalı olub. Ötən il ilk dəfə ölkəsinə qayıda bilib.
-
"Oğlumuz cərrahiyyə əməliyyatı keçməzdən öncə yola düşmək onun üçün emosional qərar idi, amma o vəd etdi ki, uğur qazanacaq və mən xoşbəxtəm ki, o bunu etdi" - Omler Kom, Mary Komun həyat yoldaşı. Mary hindistanlı boksçudur və London Olmpiya oyunlarında qələbəyə ümidlidir.
Manipurdan olan boksçu məşqləri iki uşağından birinin ciddi xəstəliyilə balanslaşdırmağa məcbur olub.
Oğlunun ürəyində cərrahiyyə əməliyyatı aparılacaq bir vaxtda Mary Kom 12 ildə səkkizinci dəfə Hindistanda çempion titulu qazanıb.
Noyabr ayında o, Olimpiya sınaq tədbirində iştirak edib və qadın oyunçuların yubka geyməli olmasına dair təkliflərə səsini qatıb.
"Tennis oyunçuları yubka geyir, badmintonçular geyir, niyə boksçular geyməsin?" - o deyib.
-
"Əgər yaxşı həyat axtarırsansa və elədiklərindən nəticə gözləyirsənsə, yola çıx və çoxlu qurbanlar ver". Merlin Diamond, Namibiyalı qısa məsafəyə qaçışçı və London Olimpiya oyunlarında qələbəyə ümidli.
Merlin Diamond üçün 2011-ci il parlaq olub. İlin əvvəlində o, Britaniyaya gəlib və ilk dəfə Olimpiya parkına baş çəkib.
Sonra isə Mavritaniyada təlim düşərgəsində olub. BOK tərəfindən maliyyələşdirilsə də, orada avadanlıq zəif imiş və o, özünü tənha hiss edib və depressiyaya düşüb.
Namibiyaya dönəndə isə onun çəkisi artmışdı və London 2012 oyunlarına düşmək üçün çoxlu qaçıb.
-
"Medallar almaqla ölkəmə sülh və inkişaf gətirmək istəyirəm". Robullah Nikpai, əfqanıstanlı taekvandoçu və 2012-ci il Olimpiya oyunlarında qələbəyə ümidli
Əfqanıstanın yeganə Olimpiya medalçısı 2012-ci il oyunlarına vəsiqə qazanıb.
O, Bankonqda keçirilən Asiya Olimpiya seçmə oyunlarında 68 kq çəki dərəcəsində ölkəsinə Olimpiya vəsiqəsi qazandırıb.
Bundan öncə isə o, may ayında Cənubi Koreyada Dünya Taekvando çempionatında bürünc medal qazanıb.
-
"Seçilmək sevinc göz yaşları doğurdu. O komandaya qayıtmaq mənim üçün çox şeydir. Həmişə deyirdim ki, bu, sadəcə sınaqdır, amma indi bu reallıqdır". Shawn Johnson, amerikalı gimnast və Olimpiya oyunlarında qələbəyə ümidli
2010-cu ildə xizəksürmə zamanı dizini yaralayandan sonra o, 2011-ci ildə yenidən ABŞ gimnastika komandasına qayıdıb.
Ancaq o, Tokioda Dünya Gimnastika Çempionatına seçilməyib. Əvəzində isə Amerika oyunlarında iki medal qazanıb.
Nike şirkəti ona etimad göstərərək Johnsona sponsorluq təklif edib və indi o, iyun ayınadək San Jozedə ABŞ Olimpiya komandası sınaqlarına hazırlaşacaq.
-
"Mən komandada yaşca ən böyüyüyəm və böyük bacı rolu oynayıram. Komanda yoldaşlarım məni Xia bacı çağırır". Wu Minxia, çinli dalğıc və Olimpiya oyunlarında qələbəyə ümidli.
Wu Minxia və onun partnyoru He Zi Çində keçirilən çempionatda qalib gələrək London oyunlarına vəsiqə qazanıb.
Onlar ilk dəfə cütlük olaraq Şanxayda Dünya Çempionatını fəth ediblər.










































