bbc.co.uk navigation

Olimpiya yenidən satış saytı bağlanıb

Son yeniləmə: 10 yanvar, 2012 - 15:26 GMT
Olimpya oyunları üçün biletlər

London 2012 Olimpiya biletlərinin yenidən satılması veb saytı hələ də bağlı olaraq qalır. Ötən cümə günü saytda yaranmış problemlərdən sonra sayt bağlanmalı olub.

Oyunların təşkilatçısı Locog deyib ki, problemlər həll olunan kimi sayt yenidən açılacaq.

Ticketmaster şirkətinin idarə etdiyi saytda əsas problem satılmış biletlərin artıq mövcud olmadığını göstərən mesajların çıxmaması olub.

Sayt London 2012 Olimpiya və Paralimpiya oyunlarına bilet alan, ancaq onları satmaq istəyənlər üçün nəzərdə tutulub.

Locoq bəyanatında deyib: Biz Ticketmaster şirkətindən xahiş etmişik ki, yenidən satış sistemini dayandırsın və alıcıların üzləşdiyi məsələləri həll etsin.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.