bbc.co.uk navigation

Fırtınalar Britaniyanı qamçıladı

Son yeniləmə: 3 yanvar, 2012 - 16:22 GMT

Fırtınalar Britaniyanı qamçıladı

  • Britaniyada fırtına
    Kəskin hava şəraiti çərşənbə axşamı Böyük Britaniyada nəqliyyatın işini pozub, elektrik enerjisi kəsilib. İngiltərə, Şotlandiya və Şimali İrlandiyada minlərlə insan işıqsız qalıb.
  • Britaniyada fırtına
    Britaniyanın bir çox yerlərində ağaclar dəmiryolu vaqonlarının və elektrik xətlərinin üzərinə düşüb. Yük maşınları yollarda aşıb.
  • Britaniyada fırtına
    Güclü yağışların daşqınlar yarada biləcəyi və temperaturun aşağı düşəcəyi gözlənilir.
  • Britaniyada fırtına
    Fırtınanın yaratdığı küləklər İngiltərənin cənub-qərbində də xaos yaradıb.
  • Britaniyada fırtına
    İngiltərənin Surrey ərazisində avtobusun üzərinə ağac düşüb və sürücü yaralanıb.
  • Britaniyada fırtına
    İnsanlara yola çıxarkən ehtiyatlı olmaq tövsiyyə edilib.
  • Britaniyada fırtına
    İngilis kanalında güclü küləklər Dover limanının bağlanmasına səbəb olub. Liman artıq yenidən açılıb.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.