bbc.co.uk navigation

İnterpol qüsurlu implant istehsal edən şirkətin rəhbərini axtarır

Son yeniləmə: 24 dekabr, 2011 - 15:41 GMT
Jean-Claude Mas

Qüsurlu döş implantlarının istehsalı və satışı ilə məşqul olan Fransa şirkətinin rəhbərinə şənbə günü beynəlxalq axtarış elan olunub.

Qalmaqalın mərkəzində olan Poly Implant Prothese (PIP) şirkətinin rəhbəri Jean-Claude Mas vəkilinin təbirincə Fransanın cənub-şərqindədir və orada qalmaq niyyətindədir.

İnterpol döş implantasiyası ilə bağlı beynəlxalq qalmaqala səbəb olan fransız şirkətin rəhbəri həbsi ilə bağlı qərar çıxarıb.

"Qırmızı xəbərdarlıq" kimi tanınan 72 yaşlı Fransa vətəndaşının ünvanına çıxarılmış həbs qərarı Kosta-Rika dövlətinin xaişilə verilib.

Jean-Claude Mas-ın fotolarını dərc edən İterpol şirkət rəhbərini insanların həyat və səhhətini təhlükə altında qoymaqda ittiham edib.

Bundan əvvəl Fransa Səhiyyə Nazirliyi 30 minədək qadına döş implantasiyası üçün istifadə olunan qüsurlu silikonları çıxarmağı tövsiyə edib.

Hələlik həmin silikonların birbaşa xərçəngə səbəb olması ilə bağlı sübut olmasa da, onların təhlükəsi barədə xəbərdarlıq edilib.

Fransa höküməti bunun lazım olacaq cərrahiyyə əməliyyatlarının haqqını ödəməyi vəd edib. Özəl klinikalarda belə əməliyyatların xərci 10 min dollar təşkil edə bilər.

Dövlət bildirib ki, cərrahiyyə əməliyyatlarının haqqı yalnız xərçənq xəstəliyi aşkar edildiyi halda pasiyentlərə ödəniləcək.

PİP şirkətinin imlantları bu məhsul növünün bazarında qiymətinə görə ən mütənasibidir. PİP şirkəti döş imlantlarını Fransadan xaricdə də satıb. Təxminlərə görə, Britaniyada 50 minədək qadının PİP döş implantlarından istifadə etdiyi güman edilir.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.