
Fransa rəsmiləri ölkənin 30 minə yaxın qadın sakinlərinə müraciət edərək, onlardan döş böyütmə cərrahiyyə əməliyyatı nəticəsində imlantasiya edilmiş silikon implantları çıxararaq onlardan azad olmağa çağırıb.
Rəsmilərin bu cür çağırışla çıxış etməsinə səbəb, sözü gedən implantların qüsurlu olmasıdır. Mütəxəssislər həmin implantların qadın sağlamlığı üçün təhlükə kəsb etdiyi nəticəsinə gəliblər.
Sözü gedən silikonlu döş imlantlarından bəzilərinin axıntı verdiyi aşkarlanıb. İmplantlardan sızan maddənin sağlamlıq üçün problem yaratdığı bildirilir.
Belə problemli hallar arasında, o cümlədən, 8 xərçəng xəstəliyinə tutulma halları da qeyd olunur.
Güman edildiyinə görə, xrçənq xəstəliyinin həmin qadınlarda yaranmasına məhz silikon imlantdan sızmış maddə səbəb olub.
Sözü gedın silikon imlantlarını hazırlayan Fransanın PİP şirkəti ötən il fəaliyyətini dayandırıb. Buna səbəb süni döş hazırlanması zamanı istifadə edilən silikonun qəbul olunmuş standartlara uyğun gəlməməsi olub.
2000-dək qadın Fransa polisinə imlntlarla bağlı şikayət ərizəsi təqdim edilib.
Le Monde qəzetinin yazdığına görə, qüsur aşkar edildikdən sonra 523 döş imlantı çıxarılıb.
Ümumilikdə dünyada bu şirkətin implantklarından 300 minə yaxın qadın istifadə edib.PİP şirkətinin imlantları bu məhsul növünün bazarında qiymətinə görə ən mütənasibidir. PİP şirkəti döş imlantlarını Fransadan xaricdə də satıb. Təxminlərə görə, Britaniyada 50 minədək qadının PİP döş implantlarından istifadə etdiyi güman edilir.
























