bbc.co.uk navigation

Minsk qrupu atəşkəsə hörmət etməyə çağırır

Son yeniləmə: 1 dekabr, 2011 - 06:40 GMT
ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri ötən günlərdə Azərbaycan və Ermənistana edilən səfərin nəticələri barədə bəyanat yayıb.

ATƏT-in saytında dərc edilən bəyanatda deyilir ki, bölgədə keçirilən bütün görüşlərdə həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllində sülhə nail olmasında tərəflərin öhdəliklərini bir daha təsdiq edib.

Onlar həmçinin 1994-cü ildə bağlanılan atəşkəs rejiminə hörmətlə yanaşmaq, xalqlar arasında etimadı doğrultmaq, dini-mədəni əraziləri və qəbiristanlıqları qorumaq üçün əlavə tədbirlərin görülməsi barədə də müzakirələr aparıb.

Həmsədrlər İqor Popov (Rusiya), Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, eləcə də Fransadan gələcək həmsədr kimi olan səfir Jak For müşayiət noyabrın 28-30-u Yerevan və Bakıya səfər edib.

Səfər çərçivəsində Ermənistan və Azərbaycanda prezidentlər, Xarici İşlər və Müdafiə nazirləri ilə görüşlər keçirən həmsədrlər bu ay ATƏT-in Nazirlər Şurasının iclasında münaqişənin sülh yolu ilə həllini tapmağa və mövcud vəziyyətdən kənara çıxmağın vacibliyi barədə çağırışlar edib.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.