bbc.co.uk navigation

London 2012 Olimpiya məşəli estafetinin marşrutu: Fotoqalereya

Son yeniləmə: 7 noyabr, 2011 - 18:31 GMT

Londonda 2012-ci ildə keçiriləcək Olimpiya oyunlarının açılışı üçün çatdırılacaq olimpiya məşəlinin marşrutu müəyyən edilib.

Olimpiya məşəli estafeti Britaniyanın görməli və mənzərəli yerlərindən keçəcək. Məşəl estafetinə mayın 19-da start veriləcək, və

iyulun 27-də estafet Londonda Olimpiadanın təntənəli açılışında son mənziləatacaq.

Olimpiya məşəli estafeti 70 gün çəkəcək, 10 həftə ərzində bu tədbirdə 8000 min nəfər adam iştrak edəcək. Estafet marşrutunun keçdiyi yerlərdən bəzilərini diqqətinizə təqdim edirik.

  • Cornwall, St Austell. Turist attraksionu.
    Cornwall, St Austell. Turist attraksionu. Bu attraksion 2000-ci ildə Millennium layihəsi çərçivəsində qurulmuşdu.
  • Cornwall, St.Michael dağı.
    Cornwall, St.Michael dağı. Bu dağ turistlərin və dindarların ziyarətgah yeridir. Bir vaxtlar bu port sürətlə inkişaf etmiş yerli sənaye üçün aparıcı nəqliyyat qovşağı olub.
  • Snowdonia milli parkı.
    Snowdonia milli parkı. Snowdon funikulyoru turistləri düz Snowdon dağının başına qədər aparır. Bu dağ Uels və İngiltərənin ən hündür dağı sayılır.
  • Thomas Telford körpüsü.
    Pontcysyllte Aqueduct, Wrexham. Thomas Telford körpüsü. 1795-1805 illərdə tikilib.
  • Antony Gormley heykəli.
    Crosby Beach çimərliyi. Antony Gormley heykəli. Sahil xətti boyu təxminən 3 km məsafədə 100-ə qədər heykəl-fiqurlar ucalır.
  • Şimali İrlandiya.
    Giant's causeway. Nəhəng bazalt daşlardan sərilmiş yol. Şimali İrlandiya.
  • Forth Rail Bridge.
    Forth Rail Bridge. 1890-ci ildə istismara verilən bu dəmiryolu körpüsünün uzunluğu təxminən 2,7 km təşkil edir. Bu körpü Şotlandiyanın cənub-şərq hissəsini şimal-şərq hissəsilə birləşdirir.
  • Windermere. Lake District gölü.
    Windermere. Lake District gölü. Olimpiya məşəli bu gölün üzərindən paraxodla aparılacaq.
  • Stonhenge.
    Stonhenge. Nəhəng daşlardan düzülmüş qədim tikili. Bu obyektin 4000-5000 yaşı olduğu güman edilir.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.