
Amy Winehouse-un ölümünü araşdıran istintaq onun aşırı dərəcədə alkoqol qəbul etdiyini açıqlayıb.
İstintaq aşkar edib ki, müğənninin qəbul etdiyi alkoqol onun qanının hər 100 ml üçün 416 mq təşkil edirmiş. Qanunla nəzərdə tutulan limit 80 mq-dır.
27 yaşlı müğənni iyulun 23-də Londondakı evində ölmüş halda tapılıb.
Onun mənzilindən iki böyük və bir kiçik boş araq şüşələri aşkar olunub.
Müstəntiq Suzanne Greenway istintaq dinləmələri zamanı deyib ki, öldürücü səviyyədə alkoqol onun qəfil və gözlənilməz ölümünün səbəbi olub.
Eyni zamanda toksiloji testlər onun öldüyü zaman qanında "qeyri-leqal maddələr" olmadığını aşkarlayıb.
Məhkəmədə bildirilib ki, o, iyulun 22-dək 3 həftə ərzində alkoqol qəbul etməyib.
Müğənninin cangüdəni Andrew Morris yerli vaxtla səhər 10-da onun otağına boylanıb və müğənnini yataqda görərəkən onun yatdığını zənn edib.
O, günorta saat 3-də bir daha otağa girib və onun tərpənmədiyini gördükdə təcili yardıma zəng vurub.
























