-
Kapitalizmə etiraz edən nümayişçilər Londondakı Müqəddəs Pol (St Paul's Cathedral) kilsəsinin ətrafında düşərgə saldığı üçün, kilsə, 2-ci Dünya Müharibəsindən bəri ilk dəfədir ki, bağlanıb. "Londonu işğal et" adlanan düşərgə hərəkatı "şirkətlərin acgözlüyünə və kapitalizmə" etiraz edir. (Fotoların müəllifi Könül Xəlilovadır)
-
Müqəddəs Pol kilsəsini idarə etmək üçün gündəlik 16-20 min funt sterlinq xərc tələb olunur. Turizm bu xərclərin 80 faizini ödəyir. Ancaq kilsənin qarşısında artıq bir həftədir ki, davam edən etiraz nümayişi onun gəlirlərini kəskin şəkildə aşağı salıb. Kilsə nümayişçilərdən meydanı tərk etməyi xahiş edib.





































