bbc.co.uk navigation

Londonun payız istisi

Son yeniləmə: 3 oktyabr, 2011 - 12:24 GMT

Londonun isti payız günləri

  • Londonda istilər
    Son 100 ildə misli görünməmiş payız istiləri London sakinlərini ötən həftəsonu parklara və Temza sahillərinə çıxarmışdı. Fotolar: Könül Xəlilova, BBC Azərbaycanca
  • Londonda istilər
    Çoxları elə ilk rast gəldiyi otluqda günəş vannası qəbul edirdi.
  • Londonda istilər
    Sentyabrın sonlarında başlayan istilər oktyabrın ilk günlərinədək davam edib.
  • Londonda istilər
    Bəzi məlumatlara görə, son həftə ərzində Britaniyada yüz minlərlə dondurma satılıb.
  • Londonda istilər
    Publar bu günlərdə daha çox qazandılar. Çünki içkilərin yarısını buz təşkil edirdi.
  • Londonda istilər
    Çoxları həftəsonunu İngiltərənin cənub çimərliklərində keçirsə də, londunluların bir çoxu Temza sahillərini üstün tutmuşdular.
  • Londonda istilər
    Gəzintiyə çıxanlar daha romantik nəqliyyat vasitələrindən istifadə edirdilər.
  • Londonda istilər
    Həftə sonu istilər 29 dərəcəyə çatmışdı. Havası adətən sərin olan Londonun sakinləri üçün bu istilərə soyunmadan dözmək elə də asan deyildi.
  • Londonda istilər
    Çay sakinləri bu günlərdə daha çox yemlənirdilər və insanlara yaxın olmaq üçün sahillərə çıxırdılar.
  • Londonda istilər
    Qayıq səyahəti isti günlərin ən sevilən məşğuliyyətidir.
  • Londonda istilər
    Balıq tutmaq, kitab oxumaq və sadəcə yatmaq - hərə istədiyi ilə məşğul idi.
  • Londonda istilər
    Kimi parlaq günəşi, kimi də kölgəni seçmişdi.
  • Londonda istilər
    Oktyabrın ilk günü yatmağa gedən günəşin parlaqlığı növbəti günün də isti keçəcəyindən xəbər verirdi.
  • Londonda istilər
    Botaniklər deyir ki, isti havalar bitkiləri çaşdırıb və onlar yazda olduğu kimi çiçəkləməyə başlayıb. Amma isti hava təbiətə geydiyi qızılı donu çıxartdıra bilmədi.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.