-
İraqlı arxitektor Zaha Hadidin dizayn etdiyi Akvatiks su oyunları mərkəzi də müvəqqəti kompleksdir və 2012-ci il Olimpiya oyunlarından sonra oturacaqların yerləşdiyi "qanadlar" götürüləcək.Suya baş vurma və üzgüçülük yarışları burada, su polosu isə digər arenada keçiriləcək. Bütün şəkillər, başqa müəllif qeyd edilənədək Getty / London 2012-ə məxsusdur.
-
Döşəyə bənzər basketbol arenası Olimpiya oyunları üçün düzəldilmiş ən böyük müvəqqəti komplekslərdən biridir. 20 min kvadrat metrlik, polad çərçivənin üzərinə çəkilmiş ağ plastmas örtüyün altına 12 min adam yerləşir. Olimpiya və Paralimpiya basketbol oyunlarından savayı, burada həmçinin həndbol yarışlarının finalı keçiriləcək.
-
Həndbol Arenası 2011-ci ildə Olimpiya sınaq tədbiri keçirib. İçəridə oturacaqlar parlaq rənglərlə cilalanıb, binanın eksteryeri isə mis örtüdən hazırlanıb. Örtünün böyük hissəsi atılmış mis tullantılarından istehsal olunub. Arenada həmçinin Olimpiya qılıncoynatma və Paralimpiya qolbol oyunları keçiriləcək.
-
Hökumət idarələrinin yerləşdiyi Whitehall-un mərkəzindəki Süvari Qvardiya Paradında isə çimərlik voleybolu üzrə birincilik keçiriləcək. London 2012-nin təşkilatçıları deyirlər ki, şəhərdə müvəqqəti idman obyektləri quraşdırmaqla oyunların Londonun ən görməli yerlərinin fonunda keçirilməsinə və bununla da şəhərin təbliğinə nail olacaqlar. Foto: PA
-
Yuxarıdan və soldan saat əqrəbinin istiqaməti üzrə - Wembley Stadionunda futbol, Wembley Arenada isə badminton və ritmik gimnastika yarışları keçiriləcək; Excel-də boks, qılıncoynatma, cüdo, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma və güləş; North Greenwich Arenada bədii gimnastika, batut və basketbol; Earls Court-da voleybol yarışları olacaq.











































