BBC navigation

Rusiyada orta rüşvət 10 min dollardan çoxdur

Son yeniləmə: 22 iyul, 2011 - 12:41 GMT

Rusiyanın Daxili İşlər Nazirliyindən "İnterfaks" agentliyinə bildiriblər ki, ölkədəki rüşvətin orta miqdarı 293 min rubla çatıb, yəni 10 min dolları keçib.

Bu rəqəmlər nazirliyin İqtisadi Təhlükəsizlik Baş İdarəsində açıqlanıb. Bu idarənin əməkdaşlarının araşdırdığı işlər üzrə isə orta rüşvətin miqdarı 10 dəfə artıqdır və təxminən 100 min dollar təşkil edir.

Qeyd olunur ki, idarənin açdığı rüşvət hallarının 73 faizi ağır və xüsusi ağır kateqoriyaya aid edilir. Burada əsas qanun pozuntuları dələduzluq, qanunsuz kommersiya fəaliyyəti, pulların yuyulması kimi xarakterizə edilir.

Aparıcı beynəlxalq tədqiqat təşkilatlarının araşdırmalarına görə, Rusiya dünyada ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Rusiya rəsmilərinin özləri də bildirirlər ki, korrupsiya çox geniş vüsət alıb və ona qarşı real mübarizə aparmaq lazımdır.

Prezident Medvedev korrupsiyaya qarşı mübarizəni özünün əsas prioritetlərindən biri kimi qeyd etmişdi. Ancaq prezidentin özü boynuna almışdı ki, korrupsiya ilə mübarizədə uğurlar faktiki yox səviyyəsindədir. Onun zənnincə, antikorrupsiya normalarının real işləməsi üçün vaxt lazımdır.

Prezident Medvedevin təşəbbüsü ilə korrupsiyaya qarşı sanksiyalar sərtləşdirilib. İndi korrupsiyaya uğramış şəxslər yalnız mümkün həbs cəzasıyla üzləşməyəcəklər. Onlara xüsusi cərimələr tətbiq olunacaq ki, onların miqdarı rüşvətin 100 mislinə qədər ola bilər.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.