bbc.co.uk navigation

ABŞ: News Corpla bağlı daha bir istefa

Son yeniləmə: 16 iyul, 2011 - 13:07 GMT
Soldan sağa -  Les Hinton və Rupert Murdoch

Les Hinton Murdochun ən yaxı silahdaşlarından biri sayılır.

News Corp şirkətinin daha bir yüksək rütbəli rəsmisi vəzifəsini tərk edib.

İstefaya çıxmış "News of the World" qəzetinin sabiq redaktoru Rebbekah Brooks ardınca gizli telefon dinləmələri ilə bağlı qalmaqal fonunda vəzifəsini Les Hinton tərk edib.

"Wall Street Journal" qəzetini nəşr edən Dow Jones-un başçısı "News of the World" qəzeti ətrafındakı xəbərlərin təəssüf doğurduğunu deyib.

“Mən incitdiyim adamlardan üzr istəyirəm”, - deyib istefasını elan edərkən Les Hinton.

Rupert Murdochla 50 ildən artıq işləyən cənab Hinton ABŞ-da istefaya çıxan ilk rəsmi olub.

Buna istinadən bir çox təhlilçi qalmaqalın genişləndiyinə diqqət yetirir.

Amerikanın hüquq-mühafizəçiləri telefon xakerliyi faktları ilə bağlı araşdırmaya ehtiyac olduğunu deyiblər.

Bu səpkidə 11 sentyabr 2001-ci il terror aktının qurbanlarının gizli dinlənməsi aşkar olunub.

168 il əvvəl təsis olunmuş News of the World qəzeti telefon xakerliyi ilə bağlı ötən həftə son dəfə çap edilərək bağlanıb.

Dinlənmənin yer aldığı illərdə qəzetə başçılıq edən Rebbekah Brooks ötən həftə istefaya çıxıb.

Britaniyanın ən populyar nəşri tərəfindən telefon xakerliyi halları geniş ictimai hiddətə səbəb olub.

Mövzuya aid

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.