BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Dostunuza göndərin   Çap versiyası
Məxfilik
 
 
Aşağidakı qaydalar sizin barənizdə ixtiyarımızda olan informasiyadan istifadə hüdudlarını müəyyən edir.

1. Niyyət bəyanatı
2. Qonaqlar barədə məlumat
3. Cookie nədir?
4. Şəxsi məlumatların istifadəsi və saxlanması
5. Sizin barənizdə şəxsi məlumatı əldə edilməsi
6. 16 yaşlı və 16 yaşından kiçik olan istifadəçilər
7. Cookie-lərin axtarılması və idarə edilməsi
8. Saytlardan hansı “cookie”ləri işlədir?
9. Sizin “cookie” kodunuzu necə görmək olar

1. Niyyət bəyanatı

İnternet səhifəmizdəki xidmətləri qəbul edə və ya onlardan istifadə edə bilməniz üçün biz zaman-zaman sizdən özünüz barədə informasiya ( məsələn adınız və ya elektron ünvanınız barədə və sair) verməyinizi rica edəcəyik. Bu xidmətlərə bülletenlərin, müsabiqələr barədə elanların və “xəbər” siqnallarının göndərilməsi, canlı internet söhbətləri, mesaj lövhələri və bbc.co.uk –yə üzvlük daxildir
Göstərilmiş xanalarda özünüzə dair məlumatları yazmaqla siz, Bi-Bi-Si və onun xidmət provayderlərinin sizə məhz sizin seçdiyiniz xidmətləri göndərməsinə imkan yaradırsınız. Sizin şəxsi məlumatlarınızdan bu qaydalar əsasında istifadə olunacaq. Bizim xidmətlərimiz sizə sizin istədiyiniz xidmətlərin göstərilməsi üçün qurulub. Bu mənada Bi-Bi-Si mövcud qanunvericilik aktlarına və ən qabaqcıl internet təcrübəsinə söykənir.

2. Saytımızın qonaqları barədə məlumat

bbc.co.uk saytına hər baş çəkdiyinizdə kompüterinizə yüklənən və “cookie” adlanan bəzi işarələr görəcəksiniz. Hamısı da olmasa, əksər internet saytları bunu faydalı bir iş üçün edir. “Cookie”-lər məsələn, internet naşiri üçün bir çox faydalı işlər görür, məsələn, o bilir ki, bu istifadəçi və ya onun kompüteri səhifəyə əvvəllər də giribmi?
“Cookie”-lər tərəfindən alınan informasiya bizə sizə daha yaxşı xidmət göstərməyimiz və istifadəçilərimiz barədə məlumata malik olmaqda kömək edir. Məsələn, deyək ki, sayta ilk səfərinizdə siz təhsil bölməsinə baxmısınızsa, “cookie” bunu bizə “xəbər” verə bilər və biz də sizin ikinci gəlişiniz üçün həmin bölməni qabarda bilərik.

RedSheriff – səhifəmizin istifadəçiləri barədə bizim xahişimizlə qeyri-şəxsi inforrmasiyaları qiymətləndirmə və araşdırılmasını aparan müstəqil tədqiqat şirkətidir. Şirkət bu məqsədlə səhifəmizə yerləşdirilmiş xüsusi kod və cookie-lərdən istifadə edir. İstər cookie-lər, istərsə də səhifəyə “əkilmiş” xüsusi kod bizim səhifəmizin istifadəçiləri barədə qeyri-şəxsi xarakterli informasiyaları toplayır. Bunlar səhifəmizə təşriflərin sayı, səhifələrə baxışın müddəti, istifadəçinin səhifəmizdən keçən cığırları (linkləri), statistik və digər ümumi məlumatlardır. Bi-Bi-Si bu informasiyadan istifadə edərək öz müştərilərinə göstərilən xidməti təkmilləşdirir.
Əgər siz “RedSheriff”-in “cookie”-sindən imtina etmək istəyirsinizsə, 7-ci bənddə göstərilmiş prosesdən istifadə edə bilərsiniz. Lakin əkilmiş kodu dayandırmaq istəyirsinizsə, birbaşa

ünvanına müraciət etməlisiniz. “RedSheriff”-in məxfilik bəyənnaməsi barədə daha müfəssəl məlumatı aşağıdakı saytda tapa bilərsiniz: http://www.redsheriff.com/6.0.0.htm

3. Cookie nədir?

Siz internet saytına daxil olduqda Sizin kompüterinizə avtomatik olaraq “cookie”-lər çıxır. “Cookie”-lər – Sizin kompüteri bizim serverə tanıdan mətnlərdən ibarət fayllardır. Özü-özlüyündə “Cookie” fərdi istifadəçini deyil, istifadə edilən kompüteri müəyyən edir. Bir çox saytlar bunu istifadəçi həmin saytlara hər dəfə daxil olan zaman trafik axınını izləmək üçün edir.

“Cookie” müəyyən saytın yalnız kompüterin daxil olduğu sahələrini qeydə alır. İstifadəçilər kompüterlərini bütün cookie-ləri qəbul etmək, cookie-lərin çıxdığı barədə xəbər almaq və yaxud heç bir zaman cooki-ləri qəbul etməmək üçün kökləmək imkanına malikdirlər. Sonuncu hal mahiyyət etibarı ilə həmin istifadəçinin müəyyən fərdi xidmətlərlə təmin edilməyəcəyi deməkdir.

4. Sizin şəxsi informasiyanızdan istifadə və onun saxlanması

Sizin bizə - yəni bbc.co.uk –yə verdiyiniz hər hansı şəxsi informasiyadan necə istifadə olunması barədə biz sizing qarşınızda məsuliyyət daşıyırıq. Biz bu informasiyadan vicdanla istifadə etməyə borcluyuq. Başqa sözlə biz informasiyadan necə istifadə etmək niyyətində olduğumuzu və bu informasiyanı kimə isə ötürmək istədiyimizi sizə bildirməliyik. Ümumiyyətlə isə adətən bu informasiya Bi-Bi-Si-nin özü və ya onun provayderləri tərəfindən istifadə olunur. Biz heç bir vəchlə sizə dair informasiyanı Bi-Bi-Si-nin xaricindəki şəxs və ya müəssisəyə ötürməməyə təminat veririk. Bu informasiya yalnız qanun çərçivəsində tələb edilərkən açıqlana bilər. Digər tərəfdən əgər siz bbc.co.uk daxilində hər hansı bir şəxsə və ya yerə təhqiramiz mesajlar göndərsəniz, və ya bbc.co.uk –in işini bilərəkdən pozmağa çalışsanız, BBC bu cür rəftarın qarşısının alınması üçün elində sizing barənizdə olan hər hansı informasiyadan istifadə etməkdə azaddır.
Sizin informasiyanız sistemimizdə Siz bizim istifadəçimiz olduğunuz müddətdə qalacaqdır. Bu infərmasiya lazım olduğu məqsəd aradan qalxdıqdan sonra və ya əgər siz üzvlüyünüzü davam etdirməmək qərarına gəldiyiniz təqdirdə sistemdən silinə bilər. Bunula belə bu informasiya təhlükəsizlik mülahizəsi ilə daha 6 ay müddətində sistemdə qala bilər. Biz təminat veririk ki, bütün şəxsi informasiyalar 1998-ci il Məlumatın Qorunması Qanununa müvafiq olaraq tam salamat saxlanacaq.
Əgər biz sizə informasiyanı BBC-nin sizinlə “xidəm administrasiyası məqsədilə” əlaqə saxlaması üçünə istifadə etmək istədiyimiz haqqında bildiriş vermişiksə, bu o deməkdir ki, BBC sizə göstərdiyi xidmətlərlə əlaqədar sizinlə əlaqəyə girə bilər. Məsələn, bu, parolun yada salınması və ya xidmətlərin təmir və ya başqa məqsədlə dayandırılması barədə bildiriş və sair ola bilər. Əgər siz üzv yazılarkən, əvvəlcədən buna razılıq verməmisinizsə, biz sizinlə hər hansı yeni xidmətlərimizin reklamı üçün əlaqə yaratmayacağıq. saxlamayacağıq.

5. Barənizdə olan informasiyanı istəmək hüququnuz

Siz, özünüzə aid bizdə olan informasiyanı istəyə və oradakı yanlışlıq və ya dəqiqsizliyin düzəldilməsini tələb etmək hüququna maliksiniz. (Bu xidmət üçün biz £10 məbləğində pul alırıq.). Aşağıdakı ünvana müraciət edin: Data Protection Officer, Room 315, Brock House, 19 Langham Street, London, W1A 1AA (Email: dpa.officer@bbc.co.uk).

6. 16 yaşlı və 16 yaşdan kiçik olan istifadəçilər

Əqər Sizin yaşınız 16 və ya 16-dan azdırsa, BBC vebsaytına şəxsi informasiya təqdim etməzdən əvvəl, lütfən, valideyn/dayənizdən icazə alın. Bu cür razılıq almayan istifadəçilərə bizə özləri barədə şəxsi informasiya təqdim etmək yasaqdır.

7. Cookie-lərin axtarılması və idarə edilməsi qaydası

Əgər Siz Netscape 6.0 istifadə edirsinizsə:
”Task Bar” lövhəsində:
1. Edit, sonra
2. Preferences
3. “Advanced” lövhəsini sıxın
4. “Cookies” lpvhəsini sıxın

Əgər Internet Explorer 6.0 istifadə edirsinizsə:
1. Seçin “Tools”, sonra
2. Internet Options
3. “Privacy Tab” lövhəsini sıxın
4. “Custom Level” lövhəsini sıxın
5. “Advanced” düyməsini sıxın

“override automatic cookie handing” boksunu yoxlayın və müvafiq davam üçün “Accept”, “Block” və ya “Prompt” seçin.

Əgər Internet Explorer 5.0 və ya 5.5 istifadə edirsinizsə:
1. Seçin “Tools”, sonra
2. Internet Options
3. “Security tab” lövhəsini sıxın
4. “Custom Level” lövhəsini sıxın
Aşağı, 6-cı varianta yollanın, “cookie”-lərin IE5-lə necə işlədiyini görə bilərsiniz və müvafiq davam üçün “Accept”, “Disable” və ya “Prompt” rejimlərinə keçin.

Əgər Internet Explorer 4.0 istifadə edirsinizsə:
1. Seçin “View”, sonra
2. Internet Options
3. “Advanced tab” lövhəsini sıxın
“Security” altında yerləşən sarı nida lövhəsinə enib “cookie”-lərdən istifadəni nizamlamaq üçün üç variantdan birini seçin.

Internet Explorer 3.0:
View, Options, Advanced sonra “Warn before Accepting Cookies” deyən düyməni basın.

Əgər Netscape Communicator 4.0 istifadə edirsinizsə:
Task Bar lpvhəsində:
“Edit” sıxın, sonra
“Preferences”
“Advanced” lövhəsini sıxın
“Cookies” yazılmış lövhədə variantlarınızı müəyyələşdirin.
[Top]

8. Təşrif buyurduğunuz saytlardan hansı cookie-ləri işlədir?

Əgər Netscape 6.0 istifadə edirsinizsə:
Task Bar lövhəsində:
“Edit” sıxın, sonra
“Preferences”
“Advanced” lövhəsini sıxın
“Cookies” sıxın
“View Cookies” düyməsini sıxın

Əgər Internet Explorer 5.0 və ya 6.0 istifadə edirsinizsə:
Seçin “Tools”, sonra
Internet Options
“General tab” sıxın
“Settings” sıxın
View Files

Əgər Internet Explorer 4.0 istifadə edirsinizsə:
”Task Bar”-da:
Sıxın “View”, sonra
Internet Options
Under the tab General (the default tab) sıxın
Settings
View Files.

Internet Explorer 3.0:
”Task Bar” – da sıxın:
View
Options
Advanced
View Files.

Netscape Communicator 4.0:
Netscape bütün “cookie”ləri sizin bərk diskinizdə (hard drive) bir faylda yığır. Ona görə də Siz “Cookie.txt” adlı faylı axtarmalısınız.

9. Sizin cookie kodunuzu necə görmək olar
Sadəcə onu açmaq üçün “cookie”-ni sıxın. Siz mətn və rəqəmlərdən ibarət qisa sətir görəcəksiniz. Rəqəmlər Sizin ID (kimlilik) kardınızın nömrəsidir. [Top]

British Broadcasting Corporation © 2001-2004
Broadcasting House,
Portland Place,
London,
W1A 1AA

 
 
 
SON XƏBƏRLƏR
 
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik