22 Sentyabr, 2004 - Published 13:40 GMT
BBC Azərbaycan Xidmətinin verilişlərində Siz hər gün dünyada baş verən hadisələr barədə operativ məlumat əldə edə, siyasi və iqtisadi proseslərin obyektiv və hərtərəfli təhlilini eşidə bilərsiniz.
Proqramlarımızı İnternet vasitəsilə dinləmək üçün aşağıdakı linklərə daxil olun:
Axşam verilişlərimizi Bakı vaxtı ilə saat 20-də 6010 kilohertz 49 metr, 9450 kilohertz 31 metr və 11 690 kilohertz 25 metr qısa dalğalarda, saat 21-də isə 6 055 kilohertz 49 metr, 7 215 kiloherts 41 metr və 9 750 kiloherts 31 metr qısa dalğalarda dinləmək olar.
BBC Azərbaycan xidmətinin səhər verilişlərini isə Bakı vaxtı ilə saat 7 –də 5915 kilohertz 49 metr, 6085 kilohertz 49 metr, 7105 kilohertz 41m qısa dalğalarda dinləmək olar.
Bundan başqa bizi Hotbird 8 peykində dinləmək olar.
Səhər proqramımızı saat 07.00-dan 07.15-dək və 08.00-dan 08.15-dək , axşam proqramımızı isə saat 20.00-dan 20.30-dək və 21.00-dan 21.30-a dək Hotbird 8 peykində dinləyə bilərsiniz.
Texniki detallar:
Eutelsat Hot Bird 8 13° Şərq
Transponder 50, 11.727 GHz, Vertical qütb
Bu proqramlarda biz dünya, bölgə və Azərbaycanda baş vermiş əsas hadisələr barədə müxbirlərimizin məlumatlarını, müşahidə edilən proseslərin peşəkar təhlilini, aparici ekspertlərin şərhlərini dinləyicilərimizin diqqətinə çatdırırıq.