BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Dostunuza göndərin   Çap versiyası
Kömək
 
 
Audio ilə bağlı çətinliyinizmi var?

İstədiyiniz proqramı audioda necə tapmalı

Bu saytda indi Bi-Bi-Si Ümumdünya Xidmətinin demək olar ki, bütün proqramları var. Proqramı tapmaq üçün saytın “proqramlar” bölümünə və ya saytın xəritəsinə baxın. Bunların hər ikisində proqramların adlarından ibarət siyahını görə bilərsiniz.

1.Kursoru proqramın üzərində sıxın və qoyun getsin. Bu zaman seçdiyiniz proqram ekranda görünəcək.

2.Proqram səhifəsində proqramın içindəkiləri göstərən mündəricat və altından “Proqramı dinləyin” yazılmış səs kolonkasının rəmzi var.

3.Həmin simvolu basaraq audiopleyeriniz vasitəsilə proqramı dinləyə bilərsiniz.
^^ səhifənin əvvəlinə qayıdış

Audio pleyerin əldə edilməsi

Proqramları optimal şəkildə dinləmək üçün Bi-Bi-Si Ümumdünya Xidməti sizə kompüterinizə RealPlayer proqramını yükləmənizi tövsiyə edir. Bu proqramın ən sadə modifikasiyasını pulsuz əldə etmək olar. Bunun üçün üç sadə addım atılmalıdır.

1.Yuxarıdakı linki basmaqla sizə şəxsi məlumatınızla doldurulması istənən forma görünəcək. Formanı doldurduqdan sonar səhifənin altındakı düyməni basın.

2.Sizdən proqramın kompüterinizin hansı bölümünə yüklənməsini sstədiyiniz soruşularkən diskə köçür – “ save to disk” variantını seçin.

3.Proqram sizing kümpüterə yükləndikdən sonar sizdən proqramın qurulmasını istəyib-istəmədiyiniz soruşulacaq. “Yes” düyməsini sixin və proqram qurulacaq.

Bundan sonra Bi-Bi-Si Ümumdünya Xidmətinin saytında istənilən “səs kolonkası” simvolunu sıxsanız proqramları dinləyə biləcəksiniz. İnternet saytındakı proqramların dinlənilməsində bundan sonra da probleminiz olarsa, help@real.com ünvanı ilə əlaqə saxlayın. Bu, texniki problemləri həll etməkdə karınıza gələr.

^^ səhifənin əvvəlinə qayıdış

Audio ilə bağlı aşağıdakı probleminiz varsa

i."Audio klipi eşidə bilmirəm"

Yoxlayın: səs faylı tamamilə yüklənibmi, yoxsa yüklənmə davam edir? Pleyerinizin üzərində klipin titul adı yazılıbmı? Yazılmayıbsa, ola bilsin ki, fayl hələ də yüklənməyib.

Əgər faylın adı yazılıbsa və pleyerin aşağı sağ küncündəki sayğac işləyirsə, səs kolonkarlarının və qulaqcıqların yuvalara taxılıb-taxılmadığını yoxlayın.

Kolonkalararınızın səs ucalığı kontrolunu yoxlayın ki, onaların söndürülmədiyinə və ya lal rejimdə olmadığına əmin olasınız.

Bütün bunlardan sonra yenə də heç nə alınmırsa, bizə elektron məktubu göndərin və problemin təfsilatını açıqlayın. Bu zaman yaxşı olardı ki, problemlə üzləşdiyiniz səhifənin məzmunu və URL-i barədə məlumatı da daxil edəsiniz.

ii."Mən bu klipi yox, başqa bir audionu eşidirəm"
Eşitdiyiniz audio Bi-Bi-Si Ümumdünya Xidmətinə aiddir, yoxsa başqa bir sayta? Bu başqa saytı yoxlayın ki, onun hansı formatda olduğunu biləsiniz. Ola bilsin ki, onların saytındakı format fərqlidir.

iii.Əgər format eynidirsə, onda sizing istifadə etdiyiniz real audio-dur, yoxsa başqa bir player. Hazırda Bi-Bi-Si Ümumdünya Xidməti audio materialları yalnız real audio iləvermək imkanındadır. Microsoft media da real audio fayllarını oxutmaq imkanına malikdir. Əgər sizing işlətdiyiniz player bunlardan fərqlidirsə, biz sizin Bi-Bi-Si Ümumdünya Xidmətini dinləyə biləcəyinizə təminat vermirik.

iv."Mən BBC World Service audio-nu yükləyə bilmirəm"
Müəlliflik hüququ mülahizələri ilə Bi-Bi-Si Ümumdünya Xidmətini yalnız internetdə dinləmək olar və yüklənəbiləcək formatda deyil.

 
 
 
SON XƏBƏRLƏR
 
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik