BBC navigation

İsveçrə Macarıstanla Ermənistanı barışdırmaq istəyir

Martony

Macarıstanın xarici işlər naziri János Martonyi ölkəsi ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılmasına İsveçrənin cəlb olunacağını deyib.

Ramil Səfərovun təhvil verilməsindən sonra Budapeşt, Bakı və Yerevan arasında artan gərginlik şəraitində Azərbaycanın Macarıstandakı səfirliyi "təhdid" məktubu alıb.

ASALA imzası ilə göndərilmiş emailin “Bütün azəri və türk qatillərinə” ünvanlandığı bildirilir.

“Ramil Səfərov adlı bir qatili sərbəst buraxaraq ermənilərə qarşı zəfər qazandığınızı zənn edirsinizsə, yanılırsınız”, deyilir hədə-qorxu məktubunda.

Bundan sonra bütün Azərbaycan diplomatik idarələrinin hədəfə alınacağını bildirən məktubda adları sadalanan Budapeşt səfirliyinin 7 diplomatı “ölüm cəzası” ilə hədələnir.

ASALA

1973-1984-cü illərdə ASALA (Armenian Secret Army for the Liberation of Armenia - Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) təşkilatı dünya boyu əsasən türk səfirliklərini hədəfə alaraq 40-dan artıq adamı qətlə yetirməklə tanınır.

Azərbaycan səfirliyinə gələn ASALA ölüm təhdidinin ardından xarici işlər nazirliyi və daxili işlər nazirliyi lazımı tədbirlərin görüləcəyi barədə bəyanat verərək səfirlik ətrafında təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyini bildiriblər.

ASALA indiyə kimi daha türk hədəflərinə qarşı hücum və ya təhdidlərilə tanınıb.

1985-ci ildən sonra təşkilatın passivləşdiyi hesab olunur.

Böhran fəsadlarının diplomatik vasitələrilə tənzimlənməsi mövzusunda da addımlar atılır.

İsveçrə vasitəçiliyi

Nümayiş

Parlament qarşısındakı qeyri-hökumət təşkilatları və müxalifətin dəstəklədiyi aksiyaya qatılan 2-3 min adam Macarıstan hökumətinin qərarını tənqid edib.

Macarıstan xarici işlər naziri János Martonyi çərşənbə günü qatıldığı bir radio proqramda Macarıstan və Ermənistan arasındakı böhranda İsveçrənin vasitəçiliyinin müzakirə olunduğunu deyib.

Macarıstan xarici işlər naziri, bu məsələ ilə bağlı İsveçrəli həmkarı ilə görüşdüyünü, və neytral bir ölkə olan İsveçrə vasitəsilə Macarıstanın mövqeyinin erməni diplomatlarına çatdırılmasının faydalı olacağını deyib.

"Xoş məramlı qərar"

Xarici İşlər Nazirliyi Azərbaycan zabitini təhvil verərək "xoş məramlığı" rəhbər tutaraq qərarın təmənnasız qəbul edildiyini təkrarən vurğulayıb.

Televiziya verilişində Azərbaycanı qınayan Xarici İşlər Nazirliyinin rəsmisi Zsolt Nemet Səfərovu azad etməklə Macarıstan hökumətinin "xoş məramlı" addımından istifadə edildiyini bildirib.

Bu arada Ermənistanın Elmlər Akademiyası, Macarıstan Elmlər Akademiyası ilə bütün əlaqələrin kəsildiyini bəyan edib.

Ermənistan Elmlər Akademiyası, Macarıstanın atdığı addımının bütün ermənilər üçün təhqir olduğunu və Macarıstanın Ermənistandan üzr istəməsinin tələb olunduğunu bildirir.

Macarıstan Elmlər Akademiyası isə, qərardan dərin təəssüf keçirdiyini deməklə kifayətlənib.

Böhran

Gərginlik idman sahəsinə də təsizrsiz ötüşməyib.

Macarıstanın Kinizsi və Azərbaycanın Araz Naxçıvan futbol komandaları arasında sentyabrın 10-da keçiriləcək dostluq matçı mümkün təxribata zəmin yaratmamaq üçün ləğv edilib.

Macarıstanda ölüm cəzasına məhkum olunmuş Səfərovun azadlığa buraxılmasına etiraz olaraq çərşənbə axşamı Budapeştdə mitinq keçirilib.

Parlament qarşısındakı qeyri-hökumət təşkilatları və müxalifətin dəstəklədiyi aksiyaya qatılan 2-3 min adam Macarıstan hökumətinin qərarını tənqid edib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.