BBC navigation

9 may paradında Putindən xəbərdarlıq

Son yeniləmə: 9 may, 2012 - 10:59 GMT
Rusiyada parad

Rusiyanın yenidən vəzifəyə qayıtmış Prezidenti II Dünya Müharibəsində qələbənin ildönümü münasibətilə Qırmızı Meydanda keçirilən paradda deyib ki, Rusiya özünü hər zaman müdafiə edəcək.

Baş Nazir Dmitri Medvedevlə çiyin-çiyinə dayanan cənab Putin nüvə başlıqlı raketlərin və 14 min hərbi personalın iştirak etdiyi hərbi nümayiş qarşısında çıxış edib.

Nasistləri tənqid edən Putin deyib ki, Rusiyanın öz mövqelərini qorumağa "mənəvi hüququ" var.

"Biz hər zaman sizin hünərinizə sadiq qalacağıq" - Prezident veteranlara deyib.

O, hansı mövqeləri nəzərdə tutduğunu açıqlamayıb. Rusiya və Çin Suriyada böhranın çözülməsi məsələsində dünya güclərilə razılaşmır.

Cənab Putin bazar ertəsi Kremldə üçüncü müddətə inaqurasiya olunub. O, mart ayında keçirilən və səslərin oğurlandığı iddia olunan seçkilərdə qalib gəlib.

Onun davamçısı və sələfi cənab Medvedev çərşənbə axşamı baş nazir olub. Rusiya müxalifəti inaqurasiyaya qarşı nümayişlər keçirib.

Rusiyanın tanınmış müxalifət lideri, vəkil Aleksey Navalnı çərşənbə günü polisə müqavimət göstərməkdə təqsirləndirilərək həbs olunub.

Polis təcridxanasından yazdığı Twitter mesajında bloqqer rusiyalı həmvətənlərinə Qələbə günü münasibətilə təbriklər göndərib və babasının müharibədə şücaətlərinə görə qazandığı Sovet medalının şəklini yükləyib.

"Demək mən Qələbə Günü evimdə olmaycağam" - o, deyib. "Onlar mənim ayaqqabımım bağını və kəmərimi götürürlər".

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.