
Rusiyanın Təhqiqat Komitəsi bildirir ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibə vaxtı Gürcüstan rəhbərliyinin cinayətlərə aidiyyəti ilə bağlı sübutlara malikdir.
Bu barədə açıqlama ilə komitənin başçısı Vladimir Markin çıxış edib.
Onların Rusiya ərazisində cinayət məsuliyyətinə cəlb olunması hüquq baxımından mümkün deyil, - deyib Vladimir Markin.
2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında silahlı münaqişədən sonra tərəflər bir-birlərini cinayət törətməkdə ittiham edirlər.
Müharibə ardınca Abxaziya və Cənubi Osetiya müstəqilliyinin tanınmasına cavab olaraq Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib.
Gürcüstan bu əraziləri Rusiya tərəfindən işğal olunmuş torpaqlar hesab edir.
Tbilisidə Cənubi Osetiyanın gürcü sakinlərinə qarşı etnik zəmində təmizləmələrin aparıldığı bildirilir.
2009-cu ildə Təhqiqat Komitəsi Gürcüstanı soyqırımda ittiham edərək bu barədə, sənədlərə malik olduğunu bildirib.
Əsasən burada söhbət beynəlxalq konvensiyalarla qadağan edilmiş silahların istifadəsindən gedir.
Markin Tbilisiyə hüquqi yardım xahişi ilə müraciətinin uydurulmuş bəhanə ilə rədd olunduğunu bildirib.
























