
Azərbaycan parlamentində Xocalı hadisələri ilə bağlı qərar layihəsinin hazırlanması üzrə xüsusi komissiya yaradılıb.
Milli Məclisdə olayların 20-ci ildönümünə həsr olunmuş sessiya 1 dəqiqəlik sükütla başlayıb.
APA agentliyi parlmentin foyesində mövzu ilə bağlı sərginin açıldığını bildirir.
Fevralın 23-də Xocalı ildönümü ilə nitqində Azərbaycan prezidenti İlham Əliyev olaylara görə bilavasitə siyasi və hüquqi məsuliyyətin Ermənistan rəhbərliyi və Qarabağdakı separtaçı rejimin üzərinə düşdüyünü deyib.
Tanınmamış Dağlıq Qarabağ Respublikası qanunverici orqanında təmsil olunmuş fraksiyalar hadisələrə görə Azərbaycanı suçlayıblar.
Xocalı hadisələrinin bəşəriyyətə qarşı cinayət olaraq tanınması üzrə bir neçə ölkədə aksiyalar keçirilib.
























