bbc.co.uk navigation

İran: Azərbaycan aramızı vurmağa yol verməməlidir

Son yeniləmə: 24 fevral, 2012 - 16:54 GMT
Vəhidi

İranın müdafiə naziri Bakını ikitərəfli əlaqələri korlamağa çalışan “hiyləgər” qüvvələrin qarşısını almağa çağırıb.

“İran qonşularla yaxşı əlaqələrə malikdir və bu münasibətləri yaxşılaşdırmağa çalışır”, - Fars agentliyində Əhməd Vəhididən iqtibas gətirilir.

Nazir bu açıqlama ilə cümə axşamı Tehranda keçirilən konfrans vaxtı çıxış edib.

General Vəhidi Bakıdakı həbslərdən sonra əlaqələrin gərginləşməsinə münasibət bildirən ən yüksək rütbəli İran rəsmisidir.

Bu həftə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İran Televiziya müxbiri ilə onun sürücüsünün həbsinin iki tərəfli əlaqələrə mənfi təsir göstərəcəyini deyib.

Yanvar ayında Azərbaycan xarici vətəndaşlara qarşı həmlə hazırlayan iki nəfərin həbsindən sonra onların İranla bağlı olduğu bildirilib.

İranın Azərbaycandakı səfirliyi Bakıda “həbs edilmiş terrorçu dəstənin” Tehrnla əlaqəsi olması barədəKlikləyin məlumatları təkzib edib.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.