
Bəyanat müəllifləri Ermənistan İctimai Televiziya Şurasını Azərbaycana nümayəndə heyətinı göndərməkdən imtina etməyə çağırırlar.
"Ermənistan Azərbaycanda Eurovision-2012 mahnı müsabiqəsində iştirak etməməlidir". Belə bəyanatla bir qrup Ermənistan müğənniləri çıxış ediblər. Onlar müsabiqənin istənilən başqa ölkədə keçirilməsini tələb edirlər.
Bəyanatda cümə axşamı Ermənistan ordusunun 20 yaşlı əsgərinin Azərbaycan snayperilə öldürüldüyü xatırladılır. Hadisə barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Biz kütləvi erməni qırğınları ilə tanınan bir ölkədə, ermənilərə qarşı nifrətin dövlət siyasətinin tərkib hissəsi təşkil edən bir ölkədə, vətəndaşlığından asılı olmayaraq erməni mənsubiyyətinə görə heç kəsi ərazisinə buraxmayan bir ölkədə çıxış etməkdən imtina edirik - deyilir bəyanatda.
Bəyanat müəllifləri Ermənistan İctimai Televiziya Şurasını Azərbaycana nümayəndə heyətinı göndərməkdən imtina etməyə çağırırlar.
Biz Avropa Yayım İttifaqı tərəfindən Eurovision-2012 müsabiqəsinin keçirilməsi üçün seçdiyi istənilən bağqa ölkədə iştirak etməyə hazırıq - erməni müğənnilər bəyan edib.
























