
Çərşənbə axşamı gecəyarısına yarım saat qalmış Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və Azərbaycan Hava Yollarının (AZAL) saytları kiber hücüma məruz qalıb.
Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, televiziyanın saytı tezliklə bərpa edilsə də, müəyyən bölmələrində problem qalmaqdadır.
İdman Azərbaycanın saytının bərpası üzərində iş davam etdirilir, Qasımova APA-ya deyib.
AZALın xidmət rəisi də bildirib ki, hazırda texniki işçilər saytdakı problemi həll etməyə çalışır.
Hücümu həyata keçirməsi iddia edilən İranın kiber ordusu saytların ana səhifəsində bu barədə bəyanat da yerləşdirib.
Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.
























