
Ukraynanın Afrika əsilli Qaitana Essami tərəfindən təmsil ediləcəyinə Svoboda partiyasından gələn etiraz irqçi zəminli şərh kimi aparıcı partiyalar tərəfindən pislənilib.
Svoboda partiyasının Siyasi Məclisinin üzvü Yuri Sirotyuk "müsabiqədə Ukraynanın Afrika ölkəsi hesab ediləcəyini deyib.
Şounu izləyən minlərlə adam, Ukraynanın bizim irqə mənsub olmayan adamın təmsil etdiyini görəcək.
İqtidar Partiyası daxil olaraq aparıcı siyasi qüvvələr Svoboda partiyasından səslənən şərhi sərt tənqid edib.
Bununla yanaşı Sirotyuk vəziyyəti təxribat adlandıraraq irqçiliklə bağlı ittihamları rədd edib.
Onun sözlərinə görə bu Qaitana deyil, seçim prinsiplərinə reaksiya olub.
Ukraynada anadan olmuş müğənni uşaqlıq vaxtı bir neçə il atasının vətəni olan Konqoda yaşayaraq yenidən Ukraynaya qayıdıb.
Qaitana fevralın 18-də keçən müsabiqə nəticəsində 21 iştirakçı ilə rəqabətə qatılaraq ölkəsini təmsil etmək haqqını qazanıb.
Eurovizion səhifəsində deyilir ki, müğənni müsabiqədə "Be My Guest" mahnısı ifa edəcək ki, bu il Ukraynada keçiriləcək Futbol üzrə Avropa Çempionatına həsr edilib.
"Mahnının musiqisi və sözləri Gaitananın özü tərəfindən yazılıb", - deyilir Eurovizion səhifəsində.
























