
Mənbə: Avqust 8ci filmi
Çərşənbə axşamı dünya premyerası planlaşdırılan Avqust. Səkkizinci filmi Azərbaycanda heç bir kinoteatrda göstərilməyib.
Bir qrup insan Facebook sosial şəbəkəsində bu filmin göstərilməsinə qarşı onlayn aksiya aparıb.
Gürcüstan-Rusiya müharibəsindən bəhs edən film Rusiya tərəfindən çəkilib.
Filmdə müharibə gedərkən 7 yaşlı övladına çatmaq üçün çətin yollardan keçərək Cənubi Osetiyaya gedən qadından bəhs edilir.
Filmə qarşı onlayn aksiya
Aksiyaya qoşulanlar filmi rus təbliğatının məhsulu adlandırır.
""Август восьмого" filminin nümayişi dayandırılsın- adlı səhifədə insanlar yerli kinoteatrlara filmin afişadan yığışdırılması üçün etiraz məktubu yazmağa çağrılıb"
Aksiyanın təşkilatçılarından Rüfət Abdulla BBC Azərbaycancaya deyir ki, təxminən iki həftə əvvəl Rusiya kanallarından birində bu filmin premyerasının olacağını görüb və bu haqda öz səhifəsində yazıb.
Sosial şəbəkə dostlarından biri-Araz Yusufun da birgə ideyası ilə tədbir yaradıb.
"Август восьмого" filminin nümayişi dayandırılsın- adlı səhifədə insanlar yerli kinoteatrlara filmin afişadan yığışdırılması üçün etiraz məktubu yazmağa çağrılıb.
Etiraz məktubunda Azərbaycana qarşı elan edilməmiş müharibənin 25 ildən çox müddətdə davam etməsi, torpaqların 20%-nin işğal edilməsi, Xocalı hadisələrinin 20 illiyi ərəfəsində efirə getməsi" və digər məsələlər bildirilib.
Səhifədə aksiyaya 300-ə qədər insanın qatıldığı göstərilir.
Kinoteatrlar nə deyir?
Park Cinema-dan BBC Azərbaycancaya bildirilir ki, fevralın 21-də premyera olmayıb.
Lakin bunun onlayn aksiya səbəbilə olub-olmaması məlum deyil.
Park Cinema etiraz məktublarını aldığını da təsdiqləyib.
Filmin afişası bu kinoteatrda fevralın 15-dən nümayiş etdirilirdi.
"Filmin əsas məqsədi müharibədə insan taleyini əks etdirməkdir"
Canik Faziyev, filmin rejissoru
Azərbaycan kinoteatrından isə bildirilib ki, bu film heç afişada da olmayıb.
Aksiya təşkilatçısı Abdulla deyir ki, Azərbaycan kinoteatrı bu filmi fevralın 17-i afişasını yayıb, daha sonra isə yığışdırıb.
Rejissorun açıqlaması
Filmin rejissoru Canik Faziyev BBC Ruscaya deyib ki, film amerikalıların çəkdiyi Müharibənin 5 günü filminə cavab olaraq çəkilməyib:
"Filmin əsas məqsədi müharibədə insan taleyini əks etdirməkdir"
Sosial şəbəkə fəalları filmin cəmiyyətdə də boykot edilməsi üçün geniş kampaniyaya başlayacağını bildirir.
2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında Cənubi Osetiya uğrunda beş günlük müharibə olub.
























