bbc.co.uk navigation

Abxaziya prezidentinə sui-qəsd baş verib

Son yeniləmə: 22 fevral, 2012 - 10:55 GMT
Ankvab

Gürcüstandan qopmuş Abxaziya prezidenti Ankvabın maşın karvanına hücum nəticəsində onun mühafizəçilərindən biri öldürülüb.

Şimaldakı Qudauta şəhərindən Suxumiyə gedərkən Gürcüstandan qopmuş Abxaziya prezidenti Aleksandr Ankvabın maşın karvanı fuqas partlayışına məruz qalaraq avtomat və qumbaraatandan atəşə tutulub.

Səhər çağlarında baş verən hücumdan salamat çıxan prezidentin bir mühafizəçisi öldürülüb və daha bir nəfər xəstəxanaya çatdırılıb.

Sui-qəsdlər cəhdləri

Bu Aleksandr Ankvaba son 7 il ərzində baş verən 5-ci sui-qəsddir.

2005-ci ilin mart və aprel aylarında Abxaziya prezidentinin maşını atəşə tutulmuşdur.

İkinci həmlədən sonra prezidentin avtomobilində 17 güllə yeri tapılıb.

Hadisədə müşayiət avtomobilin sürücüsü xəsarət almışdır.

2010 ildə Ankvabın Lıxnıdakı evi qumbaaratanlardan atəşə tutulduqdan sonra o qəlpə ilə yaralanaraq yüngül kontuziya alıb.

Karyera

Gürcüstandan qopmuş Abxaziya prezidenti 28 yaşında Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Gürcü-abxaz münaqişənin iştirakçısı olan Aleksandr Ankvab əsirlərin mübadiləsi ilə məşğul olaraq müxalif “Aytayra” hərəkətini təsis edib.

2005-ci ildən baş nazir işləyən Ankvab 2011-ci ildə Abxaziya prezidenti olub.

Gürcüstan “Rusiya tərəfindən zəbt olunmuş” ərazilərdəki seçkilərin qeyri-qanuni olduğunu bildirib.

Abxaziya Rusiyadan başqa Venesuela, Nikaraqua, Tuvalu, Nauru və Vanuatu tərəfindən tanınıb.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.