
Şahdəniz qazının qərbə ixracı ilə bağlı təklifləri dəyərləndirən konsorsium mavi yanacağın İtaliyaya nəqlində TAP layihəsinə üstünlük verərək İTGİ kəmərini nəzərdən keçirməmək qərarına gəlib.
Beləliklə qazın ixracı üzrə əvvəlcədən təklif olunan 4 variantdan biri ixtisara düşüb.
Bizim hazırda üç seçimimiz qalır, - deyib Reuters agentliyinə BP-nin nümayəndəsi.
İtaliyanın Edison və Yunanıstanın DEPA şirkəti tərəfindən dəstəklənən İTGİ-nin maliyyə imkanları hazırkı böhran vəizyyətində cazibədarlığını itirmiş kimi görünür.
Euaractiv saytına istinadən DEPA-nın özəlləşdirməsi nəzərdə tutulur.
Tender
Ötən ilin payızında Şahdəniz yatağının ikinci mərhələsinin inkişafı ilə bağlı konsorsiuma 4 alternativ ixrac layihəsi təqdim olunub.
Bunlardan ikisi - İTGİ və TAP qazın İtaliyaya daha iki layihə isə yanacağın Şərqi Avropaya ötürülməsini hədəfləyib.
Nüfuzlu Financial Times qəzetinə istinadən bu ilin ortalarında Şərqi Avropaya qazın nəqli üzrə BP-nin ötən ilin sentyabr ayında təklif etdiyi SEEP (South East Europe Pipeline) və Nabukko layihəsi arasında seçim ediləcək.
İxrac qaz kəməri üzrə yekun qərar gələn il qəbul olunmalıdır.
Qazının təqribən 30 faizini Rusiyadan alan Avropa İttifaqı alternativ qaz mənbələrinin inkişafına çalışır.
Siyasi dəstək
Mərkəzi Asiya və yaxın Şərq qazının Klikləyin Avropaya çatdıracaq Nabukko layihəsi ABŞ və Aİ dəstəyinə malik olub.
Lakin son zamanlar Brüssel və Vaşinqton bəyanatlarında hər hansı kəmərdən daha çox vurğu cənub dəhlizinin inkişafının əhəmiyyətinə edilir.
Ötən ay mətbuat Nabukko kəmərinin daha yüngül və ucuz variantından danışıb ki, onun şanslarını artıra bilər.
Nüfuzlu The Wall Street Journal nəşri yarzı ki, təqribən 30 milyard əvəzinə 16 milyard kubmetr qaz daşıyacaq yeni Nabukkonun marşrutu qısaldılaraq Bolqarıstanla Avstriyanı bağlaya bilər.
Hərçənd ki, Nabukko şirkətində layihəyə dair yekun qərarın qəbul olunmadığını bildirirlər.
Ötən il Ankara ilə Bakı Nabukkonun Türkiyə marşrutunu təkrarlayaraq Azərbaycanla Bolqarıstanı bağlayan Klikləyin TANAP (Trans Anatolian Pipeline) təşəbbüsünü irəli sürüblər.
TANAP vasitəsi ilə ildə 16 milyard kubmetr qazın ixracı nəzərdə tutur ki, bu həcmin 6 milyardı Türkiyəyə - yerdə qalanı isə Avropaya ötürülməlidir.
Dəyərləndirmələrə görə Şahdəniz yatağı 1.2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir.
























