bbc.co.uk navigation

Milli Məclis üzvləri Yerevana Avropa İttifaqının tədbirində iştirak etməyə gedirlər

Son yeniləmə: 21 fevral, 2012 - 10:40 GMT
Fərəc Quliyev

Fərəc Quliyev

Deputatlar Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev çərşənbə axşamı Euronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil və vətəndaş cəmiyyəti üzrə Komitəsinin iclasında iştirak etmək üçün Yerevana gedir.

Fərəc Quliyev BBC Azərbaycancaya bildirib ki, Komitə iclasında vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, yoxsulluğun azaldılması strategiyası, elm və təhsil sahəsində dövlətlərarası əməkdaşlıq, mərkəzi və yerli hakimiyyət arasında münasibətlərin qurulması, qadınların hakim vəfizələrdə təmsil olunması və gənclərlə bağlı mövzular müzakirə ediləcək.

Quliyev qeyd edir ki, bu, “Ermənistanla Azərbaycan münasibətlərinə dair tədbir deyil, Avropa İttifaqının tədbiridir”.

Rövşən Rzayev

Rövşən Rzayev

Deputatın fikrincə, məhz bu səbəbdən səfərdən sonra “Azərbaycanda ictimai qınaqla qarşılaşa bilmək” təhlükəsi yoxdur.

Aİ hər dəfə plenar iclaslarını təşkil etmək üçün müxtəlif yerlər seçir:

“Məsələn, ikinci iclas da apreldə Bakıda olacaq”.

Azay Quliyev

Deputat həm də bildirir ki, əgər Ermənistanda “ölkə barədə nəsə söz-söhbət olarsa, Azərbaycan mövqeyindən cavab veriləcək”.

Tədbir fevralın 25-ə qədər nəzərdə tutulsa da, Quliyev Azərbaycan nümayəndə heyətinin yalnız rəsmi hissəyə qatılacağını bildirir.

Bu səbəbdən deputatların tədbirdən iki gün əvvəl dönmək ehtimalı var.

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.