bbc.co.uk navigation

Havanın iki gün soyuq olacağı gözlənilir

Son yeniləmə: 20 fevral, 2012 - 05:57 GMT

Müəllif: Vahid Qasımov (İƏK)

Bazar günündən Azərbaycanda yenidən kəskin hava şəraiti mövcuddur.

Hazırda şimal-şimal qərb küləyi ilə birgə arabir qar yağır.

Mənfi 2 dərəcə şaxtalı hava şəraitinin gün ərzində 5-ə düşəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında yenidən yollar buz bağlayıb.

Trend Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədova istinadən bildirir ki, “paytaxt ərazisindəki əksər körpülər, enişli-yoxuşlu yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti üçün əlverişsiz və təhlükəli şərait yaranıb”.

Əsədov sürücülərə şəxsi maşınlardan istifadə etməməyi, istifadə edən zaman isə “mexanika üsulu” ilə idarə etməyi və təkərlərdə təzyiqin azaldılmasını məsləhət görür.

ETSN-nin saytında yazılıb ki, fevralın 18-dən başlayan soyuq hava şəraiti 21-dək davam edəcək, fasilələrlə sulu qar və qar şəklində yağıntı olacağı gözlənilir.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.