bbc.co.uk navigation

"Erməni soyqırımı qanunu istəmirsinizə, Xocalı qanunu da istəməyin"

Son yeniləmə: 10 fevral, 2012 - 17:38 GMT

Media Pleyer

Bakıda səfərdə olan Fransa senatorları nümayəndə heyətinin sədri Natali Guillen deyib ki, Fransa parlamentində Xocalı haqqında qanunun qəbuluna çalışmayacaq.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Azərbaycanda səfərdə olan Fransa Senatının nümayəndə heyətinin rəhbəri Natali Guillen BBC Azərbaycancaya müsahibəsində deyib ki, səfərin əsas məqsədi qaçqınların vəziyyətilə tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi haqda ətraflı məlumat əldə etməkdir.

"Fransada çoxları Dağlıq Qarabağ münaqişəsilə bağlı məlumatsızdır. Bilirik ki, bu problem hər bir azərbaycanlının qəlbindəndir, amma fransızlar bundan çox uzaqdadır. Ona görə də, bu münaqişə ilə bağlı ətraflı məlumat almaq üçün Bakıya gəlmişik".

"Erməni soyqırımı haqqında qanunun qəbulundan sonra Azərbaycan-Fransa münasibətləri ziyan çəkibmi" sualına cavabında xanım Guillen deyib ki, bu qanun Azərbaycana qarşı yönəlməyib. Onun bu və digər suallara cavabları videoda izləyin.

Onunla Bakı müxbirimiz Xanım Cavadova söhbət edib.

More Multimedia

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.