bbc.co.uk navigation

Hava şəraiti mülayimləşə bilər

Son yeniləmə: 9 fevral, 2012 - 13:10 GMT

Cümə axşamından başlayaraq havanın yenidən pisləşəcəyi gözlənilir.

Lakin bu pişləşmə digər günlərə nisbətən bir qədər mülayim olacaq.

Ümumilikdə, nisbətən isti hava fevralın 13-dən sonra mövcud olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında cümə günü havanın yağıntılı və iki gün ərzində fasilələrlə qar yağacağı gözlənilir.

Bu günlərdə 1-3 dərəcə istilik olacağı da bildirilir.

Aran rayonlarında isə havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta, dağlıq zonalarda gecə və gündüz müvafiq olaraq, 15-20 və 5-10 dərəcə şaxta ola bilər.

Son iki həftə ərzində Azərbaycanda son 110 ildə olmayan çovğun qeydə alınıb, soyuq hava şəraiti normal iş rejimi və həyata təsir edib, tədbirlərin keçirilməsi və nəqliyyatın hərəkətinə mane olub.

Mövzuya aid

Mövzular

BBC © 2012 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.