
Ermənistan hökuməti Suriya hadisələrini diqqətlə izləyir və bu ölkədəki erməni icmasının təhlükəsizliyindən narahatdır.
Bunu Ermənistan Milli Məclisində hökumət üzvlərinin sual-cavab saatı zamanı Ermənistanın baş nazir Tiqran Sarkisyan bəyan edib.
Sarkisyan vəziyyətin gündəlik monitorinqi və diplomatik kanallar vasitəsilə təmaslar məsələni diqqət mərkəzində saxlamağa imkan verir. Biz soydaşlarımıza qulluğunda olmaq üçün əlimizdən gələni edirik, - parlament üzvlərini əmin edib Ermənistanın baş naziri.
"Ərab ölkələrinin son olayları, necə deyərlər, demokratik proseslər nəticəsində hansı qəbildən olan insanların hakimiyyətə gəldiyini göstərir. İnanmaq istəməzdim ki, Suriyanın da aqibəti belə olacaq, lakin bu ölkədə erməni icmasının təhlükəsizliyi bizi çox narahat edir"
Vahan Hovhannisyan, Daşnaksutyun parlament fraksiyası
O, Ermənistan hökumətinin Suriya ermənilərini tarixi vətənə köçürmək ehtimalını da nəzərdən keçirdiyini bildirib: Biz erməni icması ilə bu istiqamətdə işləyirik. Bu, olduqca mürəkkəb və, tək iş yerləri, bizneslə bağlı deyil, həm də onların qənaətlərinin itirilməməsi ilə bağlı müxtəlif cəhətli məsələdir.
Daşnaksutyun parlament fraksiyasının rəhbəri Vahan Hovhannisyan Rusiya ilə Çinin Suriyada vəziyyəti sahmana salmaq istiqamətində gecikmiş səylərinin əbəs olaçağının narahatlıq doğurduğunu bildirib.
Ərab ölkələrinin son olayları, necə deyərlər, demokratik proseslər nəticəsində hansı qəbildən olan insanların hakimiyyətə gəldiyini göstərir. İnanmaq istəməzdim ki, Suriyanın da aqibəti belə olacaq, lakin bu ölkədə erməni icmasının təhlükəsizliyi bizi çox narahat edir, - deyib Hovhannisyan.
Müxtəlif mənbələrə əsasən, Suriyada 150 mindən çox erməni yaşayır. Suriyanın erməni mənşəli vətəndaşları əsasən ölkənin hökumət əleyhinə iri çıxışlar müşahidə olunmayan və nisbətən sabit şimal bölgələrində məskunlaşırlar.
Ermənistanın Hələbdəki konsulu Karen Qevorqyan ölkədə cinayətlərin sayı artdığını və ümumi kriminogen vəziyyətin pisləşməsinə baxmayaraq, milli və dini azlıqlara qarşı hərəkətlər müşahidə olunmadığını bildirib.
Erməni icması əsasən bitərəf mövqe tutur, deyib diplomat Azadlıq radiosuna.
























